Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA)

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) - yalnız öz üzvlərini geniş çeşiddə maliyyə məhsulları və xidmətləri ilə təmin edən kredit ittifaqlarının güclü şəbəkəsini yaratmaq və buna dəstək olmaq məqsədilə, Elçin Bağırovun təşəbbüsü və təsisçiliyi ilə 2003-cü ildə qeyri-hökumət təşkilatı kimi yaradılmışdır.[1]

AKİA-nın əsas (məqsədi) kredit ittifaqlarını həm regional, həm də beynəlxalq səviyyələrdə təmsil etmək və onların əlaqələrini genişləndirmək, onların fəaliyyətinin gücləndirilməsinə yardım məqsədilə, üzvlər üçün təlimlər təşkil etmək, Kİ-lər ilə donor təşkilatlar arasında əlaqələr yaratmaq, habelə onların hüquqlarını qorumaq kimi məsələlərin yerinə yetirilməsinə köməklik göstərməkdən ibarətdir.

AKİA-nın əsas missiyası kredit ittifaqları şəbəkəsini yaratmaqdan və kredit ittifaqlarının güclü inkişaf etməsinə yardım etməkdən ibarətdir. AKİA yeni Kİ-nin yaradılmasına kömək edir, Kİ-ləri təlimləndirir, onlarla donor təşkilatlar arasında əlaqə yaradır, Kİ-yə aid qanunvericilik lobbiçiliyini təmin edir, Kİ-lərin hüquqlarını qoruyur və digər fəaliyyətləri həyata keçirir.


AKİA-nın baxışı dünyanın inkişaf etmiş dövlətləri ilə birlikdə Azərbaycan xalqı üçün maliyyə təhlükəsizliyi və iqtisadi imkanların ən vacib komponenti olan kredit ittifaqları tərəfindən xidmətlərin göstərilməsinə dəstək verməkdən ibarətdir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) beynəlxalq səviyyədə bir sıra uğurlar qazanmışdır. AKİA Mikromaliyyə Mərkəzinin (Micro Finance Centre - MFC), Ümumdünya Qeyri-Hökumət Təşkilatların Assosiasiyasının (The World Association of Non-Governmental Organizations- WANGO), Ümumdünya Kredit İttifaqları Şurasının (World Council of Credit s - WOCCU), Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyası Assosiasiyasının (Association of Asian Confederation of Credit s-AACCU) üzvlüyünə daxil olmuşdur..


Tarix: 19.03.2013 / 21:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...