Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmirgunə xan Ağcaqoyunlu-Qacar

Həyatı
Əmirgunə xan Gülabi xan oğlu Çuxur Səəd əyalətinin İrəvan mərkəzi olan şəhərində doğulmuşdu. Mükəmməl saray təhsili aimışdı.1605-ci ildən, Qızılbaşların İrəvanı osmanlılardan geri almağı tarixindən Çuxur Səəd bəylərbəyi təyin olunmuşdu. Səfəvi-Osmanlı savaşlarında iştirak etmişdi.Əmirgunə xan Ağcaqoyunlu-Qacar1625-ci ildə vəfat edib.


Əmirgunə xanın Təhmasibqulu xan, Abbasqulu xan adlı oğulları vardı.



Fəaliyyəti
Əmirgunə xanq urucu, xeyriyəçi bir şəxs idi. Tarixçi Zəkəriyyə yazır: "Əmirgunə xan İrəvana sahib olan kimi quruculuq işlərinə başladı, şenlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağça saldırdı, arxlar çəkdirib, şəhərin suyunu artırdı. Onun hakimiyyət illəri Çuxur Səədin çiçəkləndiyi dövr olmuşdu.Tarixçi Kanakersi də yazır: "Şah Abbas İrəvanı alandan sonra Əmirgunə xanı ora hakim təyin edir. O, hakimiyyətə başlayan təki xeyirxah əməllərlə məşğul olur, tikinti-abadlıq işləri aparır, vergiləri azaldır, kisə-kisə çörək bişirtdirib, İrəvanın inşasında çalışanlara paylayır, beləcə yaşayıb, şəhər və kəndləri abadlaşdırır".


Tarix: 29.01.2015 / 19:37 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Ümumi
loading...