Eser və daşnaqlara arxalanan Bakı Soveti İcraiyyə Komitəsi müsəlmanları, o cümlədən azərbaycanlıları əksinqilabçı, Bakı istisna olmaqla Azərbaycanın digər yerlərini isə əksinqilab yuvası elan etmiş, Azərbaycan zəhmətkeşləri arasında böyük nüfuza malik olan müsavatçıları isə əksinqilabı burjua millətçiləri kimi damğalayırdı. Belə antiazərbaycan siyasət 1918-ci ilin mart hadisələrində özünü tam açıqlığı ilə əməli sür’ətdə büruzə verdi.
1918-ci il martın sonlarında türk ordusunun Qafqaz cəbhəsində əməliyyatları gücləndirməsi Bakıdakı daşnaqları və onlara havadarlıq edən bolşevikləri qorxuya saldı. Vahid cəbhədə birləşən bu mənfur qüvvələr vəziyyətdən istifadə edərək Bakıda qanlı 1918-ci il mart hadisələrini törətdilər.
Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdrəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu. [2]
Milli qırğın xarakteri almış 1918-ci il mart döyüşlərindən sonra bolşevik-daşnak-eser bloku istiqlalçılara qalib gəldi, Bakıda hakimiyyət tamamilə həmin blokun əlinə keçdi. Aprelin 25-də Bakı Xalq Komissarları Soveti—Bakı Kommunası yaradıldı. O Bakı şəhərini və quberniyanın bə’zi ərazilərini əhatə edirdi. Bu hökumətin tərkibində aparıcı vəzifələri daşnaqpərəst ermənilər tuturdular. Erməni S.Şaumyan Bakı Xalq Komissarları Sovetinin sədri və xarici işlər Komisarı, Q.Korqanov hərbi və dəniz işləri Komisarı, A.Korinyan (Qabrielyan) ədliyyə Komissarı kimi aparıcı vəzifələrə seçilmişdilər. Bakı kommunası rəhbərliyinə Avetisyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və başqa daşnaqpərəst ermənilər də daxil idilər. Yerli milli siyasi qüvvələr, habelə 1918-1920-ci illərdə Ermənistan Respublikasının baş naziri olmuş A.Xatisov da S.Şaumyanın başçılıq etdiyi Bakı XKS-ni "Erməni Sovet Hökuməti" kimi qiymətləndirirdilər.
Bu hökumətdə cəmi üç nəfər azərbaycanlı (N.Nərimanov-şəhər təsərrüfatı Komissarı, M.Əzizbəyov-quberniya Komissarı və N.Vəzirov-torpaq Komissarı) var idi. Bu da həmin hökümətin yerli əhali arasında möhkəm dayağının olmadığına dəlalət edirdi.
Belə bir şəraitdə Azərbaycan istiqlalçıları özünü Azərbaycan Sovet Höküməti kimi qələmə verən, bolşevik Rusiyasına xidmət göstərən qüvvələr tərəfindən yaradılmış qondarma antimüsəlman Bakı Komunasına və onun millətçi erməni havadarlarına qarşı ardıcıl mübarizə aparmalı oldular.
İstiqlal ideyasının təbliğində və inkişafında "Hümmət" (1904), "Mücaid" (1905), "İttifaqi-müsliman" (1906), "Ədalət"(1916), "İrşad" (1917), "Türk-ədəmi mərkəziyyət" (1917) və bu kimi milli demokratik və sosial demokratik partiyalarının, xüsusilə" müsəlman demokratik "Musavat" partiyasının müstəsna rolu olmuşdu. Türkçülük, islamçılıq və müasirlik zəminində istiqlal ideyalarının formalaşmasına Qafqaz müsəlmanlarının 1917-ci ilin aprelində Bakıda və Ümumrusiya müsəlmanlarının həmin ilin may ayında Moskvada toplanmış 1 qurultaylarının böyük təsiri olmuşdu. Bu qurultayların sənədlərində M.Ə.Rəsulzadənin milli istiqlal ideyaları əsas götürülmüşdü.
1 may 1918 – "Bakı Komissarları Soveti"nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri şəhərdə vəhşicəsinə qırğın törədiblər, 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar həyata keçiriblər
25 iyul 1918 – Qafqaz İslam Ordusunun Bakıya doğru istiqamət aldığını görən "Bakı Soveti" İrandakı ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib. "Bakı Soveti"nin bolşevik fraksiyası qərarın əleyhinə olsa da, qurumdakı eser-menşevikdaşnak çoxluğu ingilislərin Bakıya çağırılmasına səs veriblər Bundan sonra bolşeviklər qurumu tərk edəcəklərini bildiriblər İngilis qoşunları Bakıya avqustun əvvəlində daxil olsalar da, ayyarım sonra Qafqaz İslam Ordusunun hücumları altında şəhəri tərk etməyə məcbur oldular
Tarix: 07.01.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Ümumi