Bakı vilayəti — Azərbaycan SSR-də inzibati-ərazi vahidi, 1952—1953-cü illər arasında mövcud olmuşdur.
İnzibati mərkəzi Bakı şəhəri idi.
Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. O, Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayona — Əli Bayramlı, Astara, Astarxanbazar, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, Şamaxı və Yardımlı rayonlarına bölünürdü.
Vilayətin İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P Komitəsinin sədri Mirteymur Yaqubov idi.
Bakı vilayəti yaradıldıqdan cəmi 1 il sonra ləğv edilmişdir
Tarix: 07.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Ümumi