beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Donuz qripi necə keçə bilər?

Virus insana asqırıq, öskürük və hətta əllə salamlaşma ilə yoluxa bilir

Dünya Səhiyyə Təşkilatı (DST) 100-dən çox insanın ölümünə səbəb olan donuz qripininin insandan insana neçə keçməsi barədə ictimaiyyətə məlumat verib. CNN Türk-ün məlumatına görə, Meksikada yayılan, Avropa və Avstraliyaya da keçən bu virus donuz və quş qripinin birləşməsindən yaranıb. Əsas mənbəyinin donuzlar olduğu təxmin edilən virus, asqırıq, öskürük və hətta əllə salamlaşma ilə də insandan insana keçə bilər.

DST hesab edir ki, donuz yeməklə virusun keçmə ehtimalı yoxdur. Qurum donuz qripinin 2003–cü ildə yayılmış quş qripindən daha geniş ərazidə yayıla biləcəyini açıqlayıb. Adi hallarda qrip xəstələrinin əlamətlərinə əlavə olaraq, bu qripə yoluxan insanlarda qusma və ishal kimi hallar da müşahidə olunur.

Donuz qripinə əsasən yaşlı insanlar tez yoluxur və bu xəstəlik ildə 250- 500 min nəfərin ölümünə səbəb ola bilər. Bu qrip genetik baxımdan dərmanla qarşısı alın bilən H1N1 virusundan fərqlənir. DST-nin məlumatına görə, 1968-ci ildə yayılan Honkonq qripi dünyada 1 milyon nəfərin, 1918–ci ildə yayılan ispan qripi isə 40- 100 milyon nəfərin ölümünə səbəb olub. DST xəbərdarlıq edib ki, donuz qripi mutasiyaya uğrayaraq daha təklükəli hala gələ bilər. Artıq təşkilat bu qripə qarşı dərmanı inkişaf etdirmək üçün tədbirlər görür.


Tarix: 08.01.2015 / 15:43 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq