beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikada siqaretə qarşı daha bir mübarizə

Məlumata görə Amerikada 7100-dən çox əczaxana-market şəbəkəsinə sahib olan CVS, siqaret və tütün məhsullarını satışdan çıxarmağa qərar verib.
CVS-in qərarının "nümunəvi" olduğunu ifadə edən prezident Obama, bu cür tətbiqlərin hökumətin tütündən qaynaqlanan ölümlərə, ürək narahatlıqlarına və xəstəliklərə qarşı əhəmiyyətli olduğunu bildirib.
Bu kampaniya siqaret əleyhinə olan gənclərin təşkil etdiyi reklam kampaniyası ilə eyni tarixdə keçirilib. Həmin reklam kampaniyasına birbaşa olaraq Amerikanın Qida və Dərman Dairəsi (FDA) rəhbərlik edir. Layihədə əsas məqsəd 12-17 yaş arasında siqaretə başlama meyli olan gəncləri xilas etmək nəzərdə tutulub.
Radio və televiziyadan əlavə, kütləvi nəqliyyat vasitələrində reklam yerləşdiriləcəyi də bildirilir.
Proqnozlara görə üç il ərzində 1-ci mərhələdə 300 min gənc siqaretdən imtina edəcək.
Araşdırmalar, Amerikanın digər ölkələrə görə siqaret çəkmə nisbətinin aşağı olduğunu da göstərib.
Kampaniyanın müvəffəqiyyətini ölçmək üçün könüllülərdən ibarət olan gənclər iki il boyunca Qida və Dərman Dairəsində işlər görəcək, siqaret və tütün istifadəsi ilə əlaqədar dəyişiklikləri müşahidə edəcək.
Məlumatda oda bildirilir ki, bütün bunlar keçirilən kampaniyaların keyfiyyətini və müvəffəqiyyətini ölçməyə kömək edəcək.


Tarix: 08.01.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq