beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mula sodhana

Hindistanda və müsəlman aləmində tualet kağızından istifadə pintilik hesab olunur, halbuki, yuyunma və düz bağırsağın yuyulması qərb insanlarda iyrənmə hissi yaradır. Onlar hesab edirlər ki, tualet kağızından istifadə etdikdən sonra anusu və əlləri yumağa ehtiyac olmur.

Lakin bu fikir yanlışdır və təklif olunan mula şodhana üsulu həm şərq, həm də qərb insanlar üçün böyük fayda verə bilər.

Üsulun icrası:

Çömələrək oturun. Orta barmağınızı yaş edib və ya istənilən yağ ya sabun çəkib düz bağırsağınıza 2 sm-ə qədər daxil edin. Barmağınızı sağa-sola fırlatmaqla onu mümkün qədər dərin daxil etməyə çalışın. Barmağınızı anusdan çıxardıb yuyun. Bu üsulu bir neçə dəfə təkrar edin. Düz bağırsağın divarlarının masajını gücləndirmək məqsədilə anusun əzələlərini yığıb boşaldın. Yuyunma yalnız soyuq su ilə aparılmalıdır.

Bu üsulun əks göstərişi yoxdur, lakin Siz barmaqlarınızın dırnaqlarını qısaltmalısınız. Üsulu edəndən sonra əllərinizi təmiz yuyun. Babasili olan adamlar bu üsulu çox yavaş etməlidir.

Üsulun xeyri:
anusun və düz bağırsağın daxili masajı, onların sinirlərinin qıcıqlandırılmasına, damarların qanla təmin edilməsinə və bütövlükdə həzm prosesinə təsir edir;
bərkimiş nəcis və zəhərli tullantılar xaric olunur;
atonik və spastik qəbəliklər, həm də babasil müalicə olunur;
prostatanın daxili masajı təmin olunur və bununla əlaqədar olan problemlər həll olunur;
bu üsul qadın orqanizmindən bağlı olan bəzi problemləri (həddindən artıq, qeyri-müntəzəm və ağrılı menstruasiyalar) həll edir.

Yoqa müəllimləri və Ayurveda həkimləri (vaydya) deyirlər: “Mula şodhanamw tətbiqi nəticəsində Sizin həyata münasibətiniz dəyişəcək” (Satyananda).


Tarix: 27.12.2012 / 11:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 435 Bölmə: Saglamliq