Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elektromaqnit sahəsindən qorunmağa çalışın

Gecələr elektromaqnit sahəsinin təsiri daha güclüdürsə, həmin hormonun ifrazı azalır. Bu durum isə əsəbiliyə, immunitet sisteminin zəifləməsinə səbəb olur.
İnternet, televizor, soyuducu, paltaryuyan maşın, lüminiessensiya lampaları, cib telefonları, simsiz uşaq telefonları... bütün bunlar elektromaqnit sahəsi yaradırlar.
Qazi Universitetinin Non-İonizan Radiasiyadan Qorunma Mərkəzinin əməkdaşı Fırlarer elektromaqnit sahəsinin yaydığı dalğalar nəticəsində psixoloji narahatlıqların, görmə funksiyalarında çatışmazlıqların, immunitet sistemində zəifliyin meydana çıxdığını bildirir. Fırlarer elektromaqnit sahəsinin azaldılması üçün irəlicədən görüləcək tədbirlərdən bəhs edir. Bu tədbirlər hansılardır?
Naqilsiz internetdən istifadə ediriksə, ilk növbədə, bundan imtina etməliyik. Qonşunun naqilsiz interneti də mənzilimizə təsir edir. Mikrodalğalı sobadan mümkün qədər az istifadə etməliyik. İstifadə etsək də, həmin müddətdə mətbəxdə çox olmamalı, uşaqlarımızı bu sahədən kənar etməliyik. LCD televizorları qazla işləyən televizorlara və plazma televizorlarına nisbətən daha az elektromaqnit sahəsi yaradır. Kompyuterin monitorunda və televizorlarda LCD ekranlarından istifadə edilməsi daha məqsədəuyğundur.
Mənzilinizə lüminiessensiya lampaları əvəzinə, sarı işıq saçan lampalar taxmaq məsləhətdir.
Simsiz uşaq telefonlarının da elektromaqnit sahəsi yaratdığına diqqət çəkən Fırlarer bu telefonların mikrodalğalı soba qədər elektromaqnit sahəsi yaratdığını deyir.
Orqanizm axşamlar melatonin adlı hormon ifraz edir. Bu hormon orqanizmin bioloji ritmini nizamlayır. Gecələr elektromaqnit sahəsinin təsiri daha güclüdürsə, həmin hormonun ifrazı azalır. Bu durum isə əsəbiliyə, immunitet sisteminin zəifləməsinə səbəb olur. Ona görə də yatmazdan əvvəl mütləq yataq otağındakı televizorları söndürmək, elektrikdən ayırmaq, həmçinin kabelsiz interneti və cib telefonunu da tamamilə bağlamaq lazımdır.
Bəzən uşaqlar telefonlarını yastıqlarının altına qoyurlar, bu, çox təhlükəlidir.
Fırlarer 16 yaşadək uşaqların beyni daha çox inkişafda olduğundan onların elektromaqnit sahəsinə məruzqalma ehtimalının daha çox olduğu və bu səbəbdən uşaqların cib telefonundan istifadə etmələrinin məhdudlaşdırılmasını tövsiyə edir.


Tarix: 08.01.2015 / 15:23 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Saglamliq
loading...