Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bioloji yaş

Etiraf edin sizin həqiqətən necə yaşınız var?Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz.
Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasına
yaxınlaşdıq,hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur.
Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir.Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır:

- Müntəzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;

-Hər gün 1 tablet aspirin qəbul etmək (yeməkdən sonra, 1 stakan su ilə qəbul etmək) 2,2 il yaşdan azaltmağa imkan verir;

-30 dəqiqəlik təmiz havada gündəlik gəzinti 1,6 il yaşdan azaltmağa imkan verir;

-Həftədə 30 dəqiqəlik güc tələb edən məşqlər və ya fiziki fəaliyyət 1,7 il yaşdan azaltmağa imkan verir;

-Az miqdarda gündəlik şokolad yemək imkan verir ki, həyatı 1,3 il uzadasınız;

-Qidada yalnız yaxşı yağların işlədilməsi həyata 3,4 il əlavə edir;

-Gündəlik 5 müxtəlif meyvə yeyilməsi həyata 1,4 il əlavə edir;

-Gündə istənilən qoz – fındıqdan 5-8 ədəd yeyilməsi imkan verir ki, həyatı 3 il uzadasınız;

-Suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək ömrü 3 il uzatmağa imkan verir;

-Qidada balanslaşdırılmış vitaminli məhsullardan istifadə etmək 3,3 il yaşdan azaltmağa imkan verir;

-Gülüş əhəmiyyətli dərəcədə - 1,7 ildən 8 ilə qədər ömürü uzadır;

-Fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək ömürə 1,2 il əlavə edir;

-Gündəlik B6 vitaminin qəbulu 0,4 il ömürə əlavə edilir;

-Kalsi və kalsi ilə zəngin gida qəbulu 0,5 il ömürə əlavə edilir;

-Ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir stomatoloqda müayinədən kecmək - bu daha 6,4 il ömürə əlavə edilir;

-Gündəlik səhər yeməyi- bu ömürə 1,1 il əlavədir;

-Əlin yuyulması və qidanın yaxşı hazırlanması 0,4 il həyta əlavədir;

-Keyfiyyətli, sağlam yuxu- 7 saat qadınlar üçün, 8 saat kişilər üçün. 3 ildən 12 ilə qədər əlavə ömürdür;

-Güclü stress cox zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömürü 32 il qısaltmağa qadirdir;

-Normal cəkini saxlaya bilmək (qadınlar üçün ideal çəki onun 18 yaşındaki çəkisi, kişilər üçün isə 21 yaşındakı çəkisidir ) – 6 il həyat deməkdir;

-Daimi partnyorla gündəlik, keyfiyyətli seks insanı 2 ildən 8 ilə qədər cavanlaşdırır;

Beləliklə, doktor Maykl Royzen təxirə salmadan öz bioloji saatınızın gedişini ləngitməyə məsləhət görür və öz həyatınıza 5-8 il əlavə etmək üçün təqdim olunan siyahıdan minimum 5 məsləhəti seçin və yerinə yetirməyə başlayın
Nədən başlamalı? Ən sadədən: 1. səhər yaməyi, 2. gündəlik gəzinti, 3. tomatların yeyilməsi, 4. sağlam yuxu və 5. seks. Seks haqqında xüsusi danışmaq lazımdır. Orta statistik amerikalı ildə sekslə cəmi 58 dəfə məşğul olur(!). Doktor Maykl Royzen hesab edir ki, əgər bu rəqəm 116 olsa idi, onda ömrün uzunluğu 1,6 il artardı. Əgər sekslə hər gün məşğul olunsa, onda həyatın uzunluğu 12 il artardı(!).

Doktor Maykl Royzen hesab edir ki, bu 5 qaydanı gözləsəniz artıq effekt yarım ildən sonra özünü göstərəcəkdir. Əgər bütün qaydalara əməl etməyə başlasanız, artıq 1-2 ildən sonra əhəmiyyətli cavanlaşmanı hiss edəcəksiniz, həyatınız isə müvafiq olaraq 15-17 il artacaqdır. Yaxşı vərdişlər sizə qocalıqla effektiv mübarizə aparmağa kömək edəcəkdir (hansı ki, biz hamımız bilirik ki, artıq 25 yaşdan başlayır), əgər siz bütün qaydalara əməl etsəniz, effekt çox tez alınacaqdır.
doktor Royzen,yəni Michael Roizen özünün Real Age proyekti ilə məşhurdur.


Tarix: 10.01.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 654 Bölmə: Saglamliq
loading...