beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhurların Fitnes Sirlərini Sına

Bu il idmana daha çox zaman ayıracağını özünə söz vermisən. Lakin bu sadə hərəkətlərlə daha yaxşı nəticə əldə edəcəksən.

Qarşılamağa çalış

Hər 10 gün hərəkətləri fərqli ardıcıllıqla et. Bu zaman əzələlərin ani dəyişiklikərə görə daha gərgin olacaq və nəticə də daha effektiv alınacaq.
Ashley Greenin gözəl Qollarına Sahib Ol

O Dörd əlinin üstünə arxalanaraq hərəkətə başla. Sağ dizini qollarının arxasına qoyaraq, yerdən bir az qaldır. O Bir ayağın üstündə planka hərəkətini et. Sağ ayağını omban səviyyəsinə qədər qaldır (dizini əyilmiş saxla) və sol qolunu ayaq barmaqlarına tərəf uzat. Başlanğıc vəziyyətə qayıt. Bu, ilk hərəkətdir, 30 dəfə təkrarla və digər tərəfə keç.
Arxanı J.Lo Kimi Bərkit

O Sağ dizini yerə qoy. Sol ayağın yana doğru açılmışdır. Üz dəsmalını hər iki ucundan tutub qarnın boyunca dola. O Sol ayağını arxaya doğru düz açaraq, uzat. Ayaq barmaqların yerə baxmalıdır (bu hərəkəti edərkən bədənin avtomatik olaraq qabağa əyiləcəkdir). Başlanğıc vəziyyətə qayıt. Bu, ilk hərəkətdir, 30 dəfə təkrarla və o biri tərəfə keç.
Giseledəki Arıq Ombalar Əldə Et

O Əllərini və ayaqlarını yerə söykəyərək başla. Sol əlini böyrünə qoy. Sol ayağını yerdəki ayağına paralel olaraq qaldır və aç. O Sol ayağını dizdə qatlayıb, ombanla eyni səviyyəyə qaldır (bu zaman bədənin yana doğru çevrilmiş olacaq). Başlanğıc vəziyyətə qayıt. Bu, ilk hərəkətdir, 30 dəfə təkrarla və digər tərəfə keç.
Gwynethdəki Kimi Qarnın Olsun

O Hərəkətə qolların və dizlərinin üstündə başla. Sol ayağını arxa tərəf uzat. Sol ayaq barmaqlarının ucu yerə dəyir, dabanın isə yuxarı qaldırılmış vəziyyətdədir. Sol əlin belinin üstündədir. O Sağ ayağını qaldırıb, diaqonal üzrə arxana uzat. Ayaq barmaqların yerə baxır. Başlanğıc vəziyyətə qayıt. Bu, ilk hərəkətdir, 30 dəfə təkrarla və digər tərəfə keç.


Tarix: 27.12.2012 / 11:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Saglamliq