beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxu problemləri olanların diqqətinə

Axşam rahat yata bilmək üçün bir sıra qaydalara əməl etmək vacibdir. İlk öncə hər sabah müəyyən etdiyiniz vaxtlarda qalxmaq tələb olunur.
Bu prosesin sabit bir şəkildə getməyində fayda var. Axşam üstü saat 17.00-dan sonra kofe, kola, şokalad kimi içki və qidalardan uzaq olmaq, tərkibində kofein olan məhsullardan istifadə uyğun görülmür. Axşam gec yatma problemi olmaması üçün axşam yeməkləri erkən saatlarda yeyilməlidir.
Əgər yatma vaxtında yuxuya gedə bilmirsinizsə yataqda 20 dəqiqədən artıq qalmaq düzgün hesab olunmur.
Bu müddəti aşmaq isə yuxusuzluq vaxtının artmasına səbəb olur. Bu baxımdan yataqdan qalxıb bir kitab oxumaq bu problemi həll etməyə müsbət təsir göstərər.
Bundan başqa rahatlaşdıran və yuxu gətirən musiqilər dinləməkdə məqsədə uyğundur. Axşam vaxtlarında gimnastika və s. məşğuliyyətləri təxirə salmaq lazımdır.
Çünki, bu yuxunun dağılmasına səbəb ola bilər.


Tarix: 08.01.2015 / 13:09 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Saglamliq