Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sükan arxasında çox oturmayın

Hər bir amerikalı gündə orta hesabla 50 dəqiqə (iş gününün 5 faizi) sükan arxasında olur. Əlbəttə, əgər bəxti gətiribsə. Lakin gündə 600 mindən çox amerikalı 90 dəqiqə maşın sürməli olur. Bu insanların 25 faizi Vaşinqton şəhərinin ətrafında yaşayır.

Publika.Az xarici mediaya istinadən xəbər verir ki, səhhətimizə mənfi təsir göstərən amillərə bir də sürücülük əlavə edilir. Fiziki fəaliyyətsizlik artdıqca sağlamlıq problemləri də artır. Oturmaqla maşın sürmək arasında yeganə fərq stressdir.

Bu yaxınlarda Avstraliya alimlərinin apardığı tədqiqatların nəticələri göstərib ki, piyada və ya velosipedlə işə gedən insanlar maşınla gedənlərdən daha az çəki yığır və bədənləri daha yaxşı formada olur.

Bundan əlavə, fiziki aktivliyi yüsək olan insanların qanında triqleserid səviyyəsinin aşağı, qan təzyiqi və insulin səviyyəsinin normal olduğu aşkar edilib.
Bu faktorların hamısı ürək xəstəlikləri riskini artırır ki, bu da sürücülər üçün heç də sevindirici hal deyil.

"American Journal of Preventive Medicine" - də bu yaxınlarda dərc edilən məlumatda sürücülüyün səhhətə mənfi təsirinə dair daha bir araşdırmanın nəticələrindən bəhs edilib. Bildirildiyinə görə, hətta ən az məsafəyə belə maşın sürmək səhhətə ziyandır. Bir kilometrlik məsafə köklüyə və yüksək qan təzyiqinə səbəb ola bilər.

Maşın sürmək xroniki stress deməkdir. Stress də həyatımızın hər aspektinə təsir göstərdiyi kimi sevgi həyatına da təsir edir.
Araşdırmalardan məlum olub ki, uzaq məsafələri qət edənlər arasında boşanma halları 40 faiz yüksək olur. Yaşadıqları yerin yaxınlığında işləyənlərlə uzaqda işləyənlərin ömürlərinin uzunluğunda da fərq müşahidə edilib. Gündə 50 km məsafəyə maşın sürənlər dünyasını daha tez dəyişir.

Bir sözlə, hər şey məşhur türk musiqisində deyildiyi kimidir: "Onun arabası var, malesef kalbi yok...


Tarix: 08.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Saglamliq
loading...