Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günəşli havalarda dəri baxımı

Yay mövsümü isti, qızmar və günəşli havaları ilə seçilir. Günəşli günlərdə ehtiyyatlı olmaq vacibdir. Günəş şüaları dərinin yaşlanmasına səbəb olan ilkin faktor hesab olunur. Günəşdən qoruma kremlərindən istifadə etməklə bu zərəri nisbətən azaltmaq mümkündür. Bu təsirlərdən gündəlik qəbul etdiyimiz qidaların köməyi və orqanizmi daxildən möhkəmlətmək yolu ilə də qorunmaq olar.
Təbiətin bəşər övladına bəxş etdiyi bitkilər, demək olar ki, bütün dərdlərə dərmandır. Buna görə də tərkibində günəş şüalarının mənfi təsirlərindən qoruyan elementlər olan bitkilərdən yerli-yerində istifadə etmək lazımdır. Günəşə qarşı qoruyucu qalxan rolunu oynayan qidalar bunlardır:
Yaşıl çay, üzüm çəyirdəyi ekstraktı, dəvətikanı (Silybum marianum) piknogenol (Pycnogenol), brokoli, pomidor və likopen, omeqa 3 yağ turşuları, C vitamini ilə zəngin olan qidalar.
Günəş işığının fərqli dalğa ölçülərinə sahib olması mənfi təsirlər göstərə bilər. Məlumatda günəş şüalarının dərinin yaşlanmasına və dəridə rəng dəyişməsinə səbəb ola biləcəyi də bildirilir. Uşaqların dərisi həssas olduğundan xüsusi olaraq inkişaf etdirilən qoruyucu məhsullardan istifadə təklif olunur. Günəşdən qoruyucular, günəş şüalarını udaraq, əks etdirərək və ya paylayaraq təsirli olur. Məlhəm, krem, gel, losyon və sprey şəklində ola bilər. Bu qoruyucular günəşin digər təsirlərindən də qorunmağı təmin edir.
Uşaqların dərisinin, zərərli günəş şüalarına qarşı yetkinlərə nisbətən 3 qat daha çox həssas olduğu bildirilir. Bu baxımdan uşaq dərilərində müdafiə mexanizmləri hələ tam inkişaf etmədiyi üçün 3 yaşından kiçik uşaqlar günəşə çıxarılmamalıdır. İnsan orqanizmi günəş şüalarının zərərli təsirlərinə tez məruz qalır.
Xüsusilə uşaqlara bu təsirdən qorunmaq üçün ən az 50 qoruma faktoru və vitamin B3, Vitamin E və Vitamin C kimi antioksidantları ilə zənginləşdirilmiş günəş kremlərini çəkmək məsləhət bilinir. Məlumatda həmçinin tərkibində üzüm ekstraktı, ya da brokoli ekstraktı olan, uşağın inkişafına kömək edən siropların verilməsi, dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan qoruyucular tövsiyyə olunur.


Tarix: 08.01.2015 / 13:13 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq
loading...