beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoqa Pəhrizi

Qoy qida Sizə dərman olsun və dərmanınız qida olsun.

Yoqlar hesab edirlər ki, təmiz və düzgün qida ilə orqanizmin fizioloji və psixiki funksiyalarına müsbət təsir etmək olar. Yoqanın pəhrizi (pəhriz sanskrit dilində mitaharadır), əsasən, lazımi zamanda aparılıb zəruri məqsədə uyğun olmalıdır. Çünki qidaların bəzi növləri ümumi əhvalı yaxşılaşdırır, bəziləri insanın işləmək qabiliyyətini gücləndirir, bəziləri isə iqlimə və ya qeyri-adi şəraitə uyğunlaşdırılır.
Hər bir mərhələdə (Kriya-, Hatha-, Raca-yoqd) Yoqa öz məqədlərini irəli sürür, buna görə də Yoqanın hər mərhələsində qidaya müxtəlif münasibət var.
Kriya-yoqa mərhələsində gigiyena üsulları ilə və pəhrizin dəyişməyi ilə insan özünü saflaşdırır. İnsanın vitamin və mikroelementlərə olan tələbatı qida vasitəsilə ödənilir. Yığılmış zərərli maddələr orqanizmdən xaric edilməli və həzm prosesi normalaşdırılmalıdır.
Hatha-yoqa mərhələsində insan öz-özünü tənzim etmək məqsədilə fiziki və tənəffüs təlimləri vasitəsilə oynaqların hərəkətliliyini, əzələlərin və vətərlərin elastikliyini təmin etməlidir. Bu zaman qida psixikanın tənzimçisi rolu oynayır.
Raca-yoqanın məqsədi təfəkkürü idarə etmək bacarığına yiyələnmək və şüurun ayn halına (burada şüur üstü kimi adlandırılır) keçməkdən ibarətdir. Beləliklə, qida incə enerjilərin (vibrasiyaların) mənbəyi kimi oraya çıxır və enerji karkasının quruluşunu formalaşdırır. Qidanın dəyəri insanın bioenerjisini incə etməkdən ibarətdir.
Qida həzm olduqdan sonra orqanizmdə şlaklar (tullantılar) qalır. Bu şlaklar nəinki həzm cihazında, hətta sümüklərdə, damarların divarlarında, əzələlərdə, hüceyrələrdə də yığılır. Yoqların nəzəriyyəsinə görə, insan orqanizmdən şlakları xaric edə bilən qida qəbul etməlidir. Əks halda, qida yalnız şlak əmələ gətirəcək. Belə qida tamaslaşmış (bax “Üç qun”) qida hesab olmur. Şlakları daşıyan qandır, onun orqanizmin hər bir hüceyrəsinə yolu var. Bu prosesi (şlakların daşınması və yığılması) dayandırmaq məqsədilə qan şlaklara qarşı təcavüzkar olmalıdır. Belə xüsusiyyətə malik olan qələvi tərkibli qan yalnız qələvi tərkibli qidadan istifadə nəticəsində əmələ gəlir.
Orqanizmin həyat fəaliyyətinin əsas şərti onun daxili mühitində turş-qələvi tarazlığının saxlanılmasından ibarətdir. Orqanizmin turş-qələvi mühitinin dəyişməsi günün saatları ilə bağlıdır: gecə saat 4-dən səhər saat 11-ə qədər turş, gündüz saat 12-dən saat 14-ə qədər neytral, gündüz saat 15-dən gecə saat 24-də qədər qələvi, gecə saat 1-dən gecə saat 3-ə qədər neytraldır. Orqanizmin turş-qələvi tarazlığının pozulmaması üçün qida qəbulu bu dövriliyə əsaslanmalıdır.
Beləliklə, meyvə-tərəvəz qidaları, əsasən, qələvi, ət, yumurta, kəs-mik, çörək isə turş reaksiyaya malikdir (cədvəl 1). Bu tarazlığın pozulması nəticəsində xəstəliklər əmələ gəlir.
Ətirli ədviyyatlar (keşniş toxumu, zirə və s.) və cır bitkilər qidaya qələvi, şəkər isə turş təsir göstərir.
Müasir dövrdə bizim qidamızda ədviyyatlar, göyərti, meyvə və tərəvəz az, nişastalı, unlu qidalar və təmizlənmiş şəkər isə həddindən artıq çox yer tutur. Yoqa ilə məşğul olanlara yoqlar orqanizmi təmizləmək məqsədilə, əsasən, qələvi reaksiyalı qidadan istifadə etməyə məsləhət görür. Əvvəlcə qida rasionunda meyvə və tərəvəzlərin payını artırmaq lazımdır, çünki xəstəliklərin əsas səbəbi orqanizmdə turşuluğun artması və qələvi ehtiyatların tükənməsi ilə bağlıdır.

Orqanizmdə qələviləşdirici effekt yaratmaq məqsədilə:
heyvan mənşəli (ət, quş, balıq, yumurta) qidadan imtina etmək, zülalları isə süd və bitki məhsulları ilə əvəz etmək;
təmizlənmiş şəkəri (saxaroza) tərkibində doymamış şəkər olan məhsullarla (meyvə, quru meyvə, bal) əvəz etmək;
pəhrizdə narın üyüdülmüş un məhsullarını cod üyüdülmüşlərlə və makaron məmulatları (arpa, qarabaşaq yarması, cücərdilmiş dən) ilə əvəz etmək lazımdır.

Cədvəl 1. Qida məhsullarında turş-qələvi xüsusiyyətlərin nisbəti

Qida məhsulları Turş QələviQida məhsullarıTurşQələvi
Yumurta72,727,3
Düyü72,627,4
Ağ çörək72,028,0
Yavan ət70,829,2
Kəsmik70,129,9
Makaron69,730,3
Balıq68,831,2
Qınlılar61,838,2
Ağ un (cod)58,341,7
Pendir54,445,6
Qara çörək53,946,1
Qoz52,247,8
Kakao51,848,2
Süd46,653,4
Çuğundur45,654,4
Yaşıl paxlalar42,357,7
İspanaq40,959,1
Pomidor38,062,0
Çiyələk37,462.7
Kartof36,663,4
Soğan35,564,5
Kök28,971,4
Alma27,372,7
Xiyar25,075,0
Gavalı23,176,9
Limon20,579,5


Azərbaycan xalqı, ümumiyyətlə, ət yeməyi çox sevir, ona görə də tam vegetarianlığa keçmək onun üçün çətindir. Ət həmişə nüfuzlu qida hesab olunmuşdur. İnsan daim şərəfə doğru can atır, lakin spirtli içkilər, siqaret. narkotik maddələr və ət hər adama əlçatmazdır. Ət, əsasən, müsbət emosiyalar və ailə şadlıqları ilə bağlıdır. Bir çox adam sadəlövhcəsinə hesab edir ki, ət onları qidalandırır, çünki onun həzm edilməsinə 2 dəfə çox vaxt (təxminən 40-50 saat) sərf edilir. Nəticədə, ət orqanizmdə çürüyür və xəstəliklər əmələ gəlir. Ətin çürüməsi və qoxuması heyvan kəsiləndə başlayır. Bununla əlaqədar əmələ gələn zəhərli maddələr insanı həyəcanlandırır və qida məhsulu kimi hissiyyat yaradır. Ət “narkotik” qidadır.
Hatha-yoqa mərhələsində qidalanma qaydalarının biri çiy və bişmiş, həm də bəzi qida məhsullarını ayn yeməkdir. Çalışmaq lazımdır ki, ağızda yalnız qida məhsulunun bir növü çeynədildiyindən sonra başqa qida məhsulu çeynədilsin. Çünki çeynəmə prosesi zamanı qidanın tərkibində olan prana (enerji) məhz ağızda ayrılır. Qidalar qarışanda isə ayrılmış pranalar bir-birinə nisbətən ziddiyyət təşkil edir. Yoqlar xörəklərin hazırlama üsullarım sadələşdirmək təklif edir.

Təbii qida məhsulları
Yaxın keçmişdə adamların çoxu ət və ət məhsulları ilə qidalanır, vegetarianlara gülünc ilə baxırdılar. İndiki zamanda isə insanlarda bu barədə kifayət qədər məlumatın olmasına baxmayaraq, vegetarian pəhrizi hələ də qəbul olunmur, çünki hesab olunur ki, bu pəhriz darıxdırıcı, həm də maraqsızdır, onun tərkibində lazımi qida maddələri yoxdur. Dəlillər isə belə mülahizələrin əksini sübut edir. Tibb elmi sübut edir ki, vegetarian pəhrizi sağlamlıq üçün son dərəcə xeyirlidir və orqanizmi hər cür lazımi zülallar, mineral duzlar və maddələrlə təmin edir.
Statistikaya arxalanaraq, biz deyə bilərik ki, vegetarian pəhrizinə riayət edənlərdə xəstəliklərə qarşı müqavimət daha güclü olur, həm də ürək, qaraciyər, piylənmə və xərçəng xəstəliklərinə meyil xeyli azalır. İndiki zamanda bitki mənşəli məhsullar çoxdur: meyvə, tərəvəz, paxlalı bitkilər, qoz, fındıq, badam, tumlar və dənlər, bir sözlə, seçim böyükdür və onlardan hər cür xörək hazırlamaq mümkündür.
Sağlam olmaq üçün Siz öz pəhrizinizdə zəruri qidalardan istifadə etməlisiniz (cədvəl 2). Karbohidratlar və piylər orqanizmi enerji ilə, zülallar və vitaminlər isə mineral maddələrlə təmin edir.
Hər insanın bu maddələrə öz xüsusi tələbatı var. Məsələn, aktiv həyat tərzi olanlara çoxlu piy və karbohidrat, uşaqlara və hamilə qadınlara isə zülal və kalsium lazımdır. Ət yeyənlərin əsas dəlili odur ki, vegetarian pəhrizində zülal çatışmamazlığı mövcuddur. Onlar isə zülalın ən pis növünü (ölü zülalı) yeyir. Bizim dişlərimizin və bağırsaqlarınızın quruluşu otyeyən heyvanlardan heç də seçilmir. Heyvan mənşəli zülallarda sidik turşusu həddindən artıqdır, qaraciyər bu turşunu hissələrə axıra qədər ayıra bilmir (cədvəl 3) və onun qalığı

oynaqlarda yığılır, insanı azhərəkətli edir və artrit kimi xəstəlik əmələ gətirir. Bəzi diyetoloqlar hesab edirlər ki, tam dəyərli zülallar (yəni insan orqanizmində əmələ gəlməyən səkkiz əvəzolunmaz amin turşuları) yalnız ətdə, balıqda və ya yumurta və süd məhsullarında var. Avropanın elmi-tədqiqat institutlarında aşkar edilmişdir ki, həmin zülallar əksər bitkilərin tərkibində var, onlar orqanizm tərəfindən asanlıqla həzm olunur, həm də bitki zülallarında toksik maddələr olmur. Qoz, fındıq, badam və s., süd məhsulları, yosunlar, paxlalılar, xüsusilə soya və onun qida məhsullarının (tofu – soya pendiri, soya südü) tərkibində böyük miqdarda yüksək keyfiyyətli zülallar var. Yadımızdan çıxartmamalıyıq ki, bitkilər bir çox zülalların mənbəyidir və vegetarianlar bu mənbədən, ətyeyənlər isə otyeyənlərlə (yəni “ikinci əldən”) qidalanır.

Cədvəl 2. Qida məhsullarının dəyərliyiMəhsullar (100 q)ZülalKarbohidratPiyMineral maddələr (10 mq
yuxarı)Vitaminlər (10 mq yuxarı)
Alma Banan Apelsin0,3 0,7 0,611,91 11,40 6,200,2K K,Mg,P,Cl K,Ca,Mg,PA B A,C
Kələm (təzə) Kartof1,9 2,63,80 25,000,1K,Ca,Mg,P K,Mg,P,S,ClB,C B,C
(bişmiş) Pomidor0,92,80K,Mg,P,S,ClA,B,C
Mərci Noxud7,6 5,817,00 10,600,5 0,4Na,K,Ca,Mg,P,S K,Ca,Mg,P,S,ClB A,B,C
Çörək (yekparə dən)0,741,802,7Na,K,Ca,Mg,P,S,ClB
Makaron Düyü4,2 2,226,00 29,600,3 0,3K,Mg,P,S,Cl K,P,SB
Kərə yağı Pendir0,4 26,0—82,0 33,5Na,K,Ca,P,Cl Na,K,Ca,Mg,P,S,ClA A
(çeder) Süd (üzlü) Qatıq3,3 5,04,70 6,203,8 1,0Na,K,Ca,Mg,P,S,Cl Na,K,Ca,Mg,P,ClA
Badam16,94,3053,5K,Ca,Mg,P,SA,B
Bal0,476,40—Na,K,P,Cl—


İnsanların əksəriyyəti hesab edir ki, onlara çoxlu miqdarda zülal lazımdır. Zülalların həddindən artıq dərəcədə qəbulu insanın işləmək qabiliyyətini aşağı salır, vegetarianlar isə ətyeyənlərə nisbətən iki dəfə davamlıdır. Müasir insan ibtidai insan kimi deyil və onun həyat tərzi tamamilə başqadır. O kötəklə mamontun dalınca qaçmır, ona həddindən artıq zülal lazım olmur. Elmi təşkilatlar tərəfindən hesablanmışdır ki, insanın zülala olan gündəlik tələbatı 25-50 q təşkil edir. Bu miqdar orqanizmin toxumalarım bərpa etmək üçün tamamilə kifayətdir.

Cədvəl 3. İnsanın və heyvanların anatomik quruluşunun müqayisəsiYırtıcılarOtyeyənlərİnsan
Caynaqları varCaynaqları yoxdurCaynaqları yoxdur
Dəridə məsamələr yox-dur, orqanizm tənəffüs vasitəsilə soyuyur.Dəridə məsamələr çoxdur, onlar tor ifraz etməyə kömək edir.Dəridə məsamələr çoxdur, onlar tər ifraz etməyə kömək edir.
Əti parçalamaq üçün iti kəsici dişləri var.Kəsici dişlər kütdür.Kəsici dişlər kütdür.

Tüpürcək turşdur, dənlilərin və meyvələrin ilkin həzm edilməsi üçün lazımTüpürcək qələvidir, dənlilərin və meyvələrin ilkin həzm edilməsi üçünTüpürcək qələvidir, dənlilərin və meyvələrin ilkin həzm edilməsi üçün lazım
olan ptialin onun tərkibində yoxdur.lazım olan ptialin onun tərkibində var.olan ptialin onun tərkibin-do var.
Tüpürcək vəziləri inkişaf etməyib (dənlilərin və meyvələrinTüpürcək vəziləri yaxşı inkişaf edib, dənlilər vəTüpürcək vəziləri yaxşı inkişaf edib, dənlilər və
ilkin həzm edilməsinə ehtiyac yoxdur).meyvələr ilkin həzmə məruz qalır.meyvələr ilkin həzmə məruz qalır.
Qidanı çeynəmək üçün yastı arxa dişlər yoxdur.Qidanı çeynəmək üçün yastı arxa dişlər var.Qidanı çeynəmək üçün yastı arxa dişlər var.
Heyvanların əzələlərini və sümüklərini həzm etməkMədədə xlorid turşusunun miqdarı yırtıcılardakındanMədədə xlorid turşusunun miqdarı yırtıcılardakından
üçün külli miqdarda xlorid turşusu var.10 dəfə azdır.10 dəfə azdır.
Həzm cihazının uzunluğu bədənin uzunluğundan 3 dəfə böyükdür ki, bu daHəzm cihazının uzunluğu bədənin uzunluğundan 6-10 dəfə böyükdür. BitkiHəzm cihazının uzunluğu bədənin uzunluğundan 6-10 dəfə böyükdür. Bitki mənşəli
Çürüyən əti tez xaric et məyə imkan verir.mənşəli qida ətə nisbətənqida ətə nisbətən daha
daha gec parçalanır və buna görə də o, bağırsaqda daha çox qala bilər.gec parçalanır və buna görə do o, bağırsaqda daha çox qala bilər.



Qidalanmağın əsas qanunu qida məhsullarının düzgün uyğunlaşdırılmasından ibarətdir. Qidalanma prinsiplərini aşağıda təqdim edirik.
Turş və nişastalı qida məhsullarını ayn qəbul edin.
Tərkibində zülal olan müxtəlif mənşəli qida məhsullarını (ət, balıq, süd, yumurta) bir-biri ilə qarışdırmayın.
Turş və zülallı qida məhsullarını ayrı qəbul edin.
Nişastalı və zülallı qida məhsullarını ayrı qəbul edin.
Zülallı və piyli qida məhsullarını ayrı qəbul edin.
Zülallı və şəkərli qida məhsullarını ayn qəbul edin.
Nişastalı və şəkərli qida məhsullarını ayrı qəbul edin.
Meyvələri ayrı qidalarla qarışdırmayın.
Şirin və turş qidaları qarışdırmayın.
Səhər yeməyiniz nişastalı, nahar, əsasən, zülallar, axşam yeməyi isə meyvə və ya tərəvəz təşkil etməlidir.
Meyvə, tərəvəz, nişasta və zülal göyərti ilə yaxşı uyğunlaşır.

Təbii qidalanmaya (vegetarianlığa) tədricən keçmək lazımdır. Bu təqribən 2-3 il çəkə bilər, yəni daha zərərli ətdən və yumurtadan – quşa, quşdan – balığa, balıqdan – süd məhsullarına keçməyə çalışın. Maraqlıdır ki, ətin tərkibində olan toksik maddələrin miqdarı 80%-ə qədər çatır və bunlar bir çox xəstəliklərə səbəb olur.

Qidanı qəbul edilməsində əsas şərt odur ki, Siz masanın arxasından yüngül aclıq hissi ilə durmalısınız. Yoqlar belə deyirlər: “Yemək qəbulundan sonra yüngül aclıq hiss edirsinizsə, Siz doymuşsunuz; doymuşsunuzsa, Siz həddindən artıq yemisiniz, həddindən artıq yemişsinizsə, Siz zəhərlənmisiniz”. Başqa bir məsləhət: “Bərk qidanı içmək, duru qidanı və suyu isə çeynəmək lazımdır”. Yəni, bərk qidanı o qədər çeynəmək lazımdır ki, o su kimi olsun, duru qidanı isə çeynəmək və dilindən ağızda bir neçə dəfə qarışdırmaq lazımdır. Qidanın qəbulu xoş şəraitdə keçməlidir, mənfi emosiyaları kənar edib susmalısınız.


Tarix: 27.12.2012 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 968 Bölmə: Saglamliq