beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəkərli diabet

Şəkərli diabet nedən yaranır? Bu xəstəliyə tutulub-tutulmamağı necə təyin etmək olar?

Ümumiyyətlə, şəkərli diabet xəstəliyi – qanda şəkərin miqdarının artması nəticəsində yaranır. O iki tipdə aşkar olunur:

I tip – mədəaltı vəzi tərəfindən hazırlanan insulin hormonunun çatışmamazlığı zamanı baş verir. Bu hormon çatışmadıqda, qanda qlükozanın (şəkərin) miqdarı ani sürətlə çoxalır. Bu tip xəstəlik uşaq və gənc yaşlarından başlaya bilər. Xəstəlik qəfil və hiss olunmadan inkişaf edir, insan ilk baxışdan sağlam görünür. Uşaqlarda əzginlik, bağırsaq pozuntuları baş verir, urəkbulanma, qusma olur, tez-tez ağlayırlar.

II tip – insulin kifayət qədər olur, lakin hüceyrələrə gedib çatmır. Bu tip daha çox yaşlı insanlarda özünü büruzə verir.

Xəstəliyin yaranma səbəbləri aşağıdakılar ola bilər:
Genetik, nəsildən-nəslə keçmə yolu ilə. Əgər valideyinlərdən biri şəkərli diabetdirsə, uşağın yoluxma ehtimalı 3 faizdən 9 faizə qədərdir.
Həddən artıq piylənmə. Bədəndə, xüsusən qarın və qaraciyər nahiyəsində artıq çəki və piylənmə bədənin hüceyrələrinə insulinin çatmasını çətinləşdirir.
Qeyri-düzgün qidalanma.
Tez-tez əsəbləşmək, stress keçirmək, xroniki yorğunluq sindromu, qəfildən qorxmaq.
Ateroskleroz, ürəyin işemik xəstəliyi.

Ev şəraitində xəstəliyi təyin etmək üçün bir neçə əlamətə diqqət yetirin:
Tez-tez susama, ağızda quruluq, dəri qaşınması, göz və dəridə kiçik irinlərin yaranması, ümumi zəiflik, yuxu pozğunluğu, başağrısı, ürək nahiyəsində ağrılar.

Daha kəskin formada vərəm, böyrəklərin iltihabı, pielonefrit, ürəyin işemik xəstəliyi, aterokleroz kimi ağır xəstəliklər yaranır.

Əgər siz bu əlamətlərdən bir neçəsini özünüzdə və ya ailə üzvlərinin birində müşahidə etsəniz, dərhal həkimə müraciət edin.

Xalq təbabətində şəkərli diabet xəstəliyi üçün:
Yasəmən toxumlarının dəmlənməsi; 20 qr toxumu 1 stəkan qaynar suda 30 dəq saxlayın. Sonra süzüb, gün ərzində üç dəfə 1 xörək qaşığı için.
Cökə çiçəyi (lipa) dəmlənməsi. 2 çay qaşığı quru çiçəkləri 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzüb, gün ərzində için.


Tarix: 27.12.2012 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 437 Bölmə: Saglamliq