beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl Qamət Fermenti

Ananas ye və arıqla! Ananasın tərkibindəki bromelayn arıqlamağa təsir göstərir.

Ananas pəhrizi həm dadlıdır, həm də təsirli. Bu ekzotik meyvədəki bromelayn piyin əriməsinə və mədənin işinin yaxşılaşmasına yardım edir.

Təbii piy əridicisi olan bromelayn cavanlaşdırıcı effektə də malikdir. Arıqlamaq üçün yalnız yetişmiş meyvələri seçmək lazımdır, tam yetişməyənlər əksinə, iştahı daha da gücləndirir.

Bunu da bil ki, fiziki hərəkətlər etmədən arzuladığın nəticəyə nail olmaq çətindir.PƏHRİZ CƏDVƏLİ
NaharŞam
1-ci günqaynadılmış düyü, karri ədvası iləananas (100 q), 50 q kəsmik, 2 qaynadılmış kartof
2-ci gündoğranmış ananasla 1 porsiya qızardılmış toyuqüzərinə 1% – li yoqurt əlavə edilmiş salat (balıq, ananas, xiyar)
3-cü günduru yağ qatılmış salat (ananas, bibər, pomidor)100 q qaynanmış hind toyuğu, 2 dilim çovdar çörəyi, 100 q ananas
4-cü gün1% – li yoqurt qatılmış salat (ananas, toyuq əti, portağalkərəvizli tərəvəz şorbası, 100 q ananas
5-ci günistənilən içlikli qat-qat xəmirdən 2 kökə2 xörək qaşığı qaynanmış düyü ilə qarışdırılmış ananas

Qida rejiminə riayət et

Ananas pəhrizi 5 günə 3 kq-dan azad olmağa kömək edəcək. Şərtləri asandır. Pəhriz zamanı iki litrdən az olmayaraq su və ya ot çayı içməli və qida rejiminə ciddi riayət etməlisən (gündə 4 dəfə). Rasion 2 səhər yeməyi, nahar və şamdan ibarətdir. Yemək arası isə bir dilim ananas yeməlisən.
Səhər yeməyi hər gün üçün eynidir
Birinci: 2 çay qaşığı yulafı 100 q yağsız yoğurtla və 200 ml ananas şirəsi və ya püresi ilə qarışdır.
İkinci: qaynadılmış yumurta, siyənək balığı ilə buterbrod.
Ananası dilimlərə necə ayırmaq olar?

Ananasın yetişmiş olub-olmadığını bilmək üçün onu əlinə al və yaşıl yerini as-taca fırlat. Asan fırlanarsa, demək, yetişib. Dilimlərə ayırarkən birinci yarpaqlarını kəs, sonra uzununa qabığını soy. Ortadan böl və içindəki bərk özəyini çıxar.
Ehtiyatlı olun: turşu!

Ananas aclıq hissini boğmaq xüsusiyyətinə malikdir.

100 q ananasda 48 kkal var. Ananası yedikdən sonra ağzınızı yaxalayın, çünki tərkibindəki turşu dişlərin minasını dağıdır.

Pəhriz yüksək turşuluğu və mədə yarası olanlara qadağandır.


Tarix: 27.12.2012 / 11:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Saglamliq