beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fol turşusunun əhəmiyyəti

Fol turşusu, körpənin beyin və sinir sisteminin inkişafı üçün olduqca əhəmiyyətlidir. Buna daha çox yaşıl yarpaqlı tərəvəzlərdə rast gəlinir.
Çünki, həmin bitkilərin tərkibində bol miqdarda B qrupu vitaminləri var. Bundan əlavə yumurtada, bəzi taxıllarda, müxtəlif çərəzlərdə (qoz, badam, fındıq, fıstıq) mərciməkdə, quru paxlalılarda, ispanaqda, cəfəridə, nanədə və toxumlu qidalarda tapılır.
Doğum mütəxəssisləri uşaq sahibi olmaq istəyən qadınların, hamilə qalmadan ən az 3 ay əvvəl gündəlik 400 mikrogram fol turşusu istifadə etmələrini məsləhət görür. Hamilə qadınlar hamiləliyin 3 ayının sonuna qədər bu turşudan istifadə etməlidirlər. Onuda qeyd etmək lazımdır ki, fol turşusu bədəndə yığılmadığı üçün hər gün qəbul edilməlidir.
Fol turşusu əksik olduqda körpənin beyin və onurğasında bir sıra narahatlıqlar ola bilər. Bundan istifadə edənlərdə bu kimi narahatlıqların böyük ölçüdə azaldığı görülüb.
Bəzi hallarda əlavə fol turşusu ehtiyacına gərək ola bilər. Bunlar ananın şəkər, epilepsiya xəstəsi olması və ya dərman müalicəsindən istifadəsinin nəticəsində yarana bilər.


Tarix: 08.01.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Saglamliq