beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boyun və çiyin ağrısı

Günümüzdə aktual mövzulardan biri də insanlarda hərdən bir baş verən boyun və çiyin ağrılarıdır. Boyun ağrısının səbəbləri və müalicə yolları bu mövzuda hər kəsi düşündürən suallardan biridir. Bu baxımdan internet və s. mənbələrdə qeyd olunan məlumatlarda bildirilir ki, günün texnologiyasında boyun və kürək ağrılarının səbəbi və diaqnozu asanca müəyyən edilir və müalicəsi mümkündür. Boyun ağrısında, istilik müalicəsi, boyun ağrısı dərmanları, istirahət ilə evdə müalicə əsas üsullardan biri hesab olunur. Aşağıdakıları tətbiq etsəniz faydalıdır:
Kompüterdən istifadə edərkən hərdənbir fasilə verin və uzanaraq istirahət edin. 15 dəqiqəlik fasilələrlə isti və soyuq müalicələri tətbiq edə bilərsiniz. Bir parça buzu ağrıyan bölgədə gəzdirin. Bu şişlik və krampları azaltmağa kömək edir. Boynu çox tərpətmədən istirahət etdirin, sabit saxlamaqda isə fayda var. Bu sahəyə yüngülcə masaj da edilə bilər. Fiziki müalicə mütəxəssisinə müraciət etməkdə məsləhət bilinir. Dərmanlardan istifadə də kömək edə bilər. Düz, ortopedik bir yastıq və yataqda bu ağrıların müalicə üsulu kimi hesab olunur. Aktiv olmağın isə işə yaradığı bildirilir. Yuxu, iş və məşq də digər müalicə ünsürləridir.
Boyun və çiyin ağrısı fərqli şəkillərdə təsnif edilir. Bəzi insanlar yalnız boyun ağrısı ya da yalnız çiyin ağrısı yaşayarkən başqaları isə iki bölgədə də bu ağrıdan əziyyət çəkə bilərlər. Əlamətləri haqqında geniş məlumat vermək olar. Boyun bölgəsində, boyun əzələlərində olan sərtlik və ümumi ağrı, çiyindən aşağı və kürək sümüklərinə yayılan ağrı, tək və ya cüt tərəfli baş ağrılar, boyunda, boğazda gərilmə və tərpənə bilməmə, həssaslıq, boynu çevirmədə problem yaşamaq, kəllə, çiyin və qollarda gücsüzlük, qol və barmaqlarda olan problemlər, sümükdə və ya oynaqlarda anormallıqlar, zədə, səhv duruş, degenerativ xəstəliklər, şişlər və noy gərginliyi, həddindən artıq ağır fəaliyyət və ya təkrar edilən ağırlıq qaldırma, yük daşıma kimi səbəblərlə bədəndən səhv istifadə, zədə, yaralanmaları və qırıqlar, əzələ və onurğa dəstəyində ligament və ya yaşlanma təsirləri, infeksiya, şiş ya da sümüklərdə pis xasiyyətli hüceyrə böyüməsi, zəif əzələ tonusu, spazm, bağ və ya əzələ zədələnilməsi, uzun müddət boyunca kompüterdən istifadə etmək boyun ağrılarının əlamət və səbəbləri hesab olunur.
Çiyin, böyük bir hərəkət aralığına sahib elə bir oynaqdan ibarətdir ki, belə hərəkətli bir oynaq, zədələnməyə qarşı daha həssasdır. Çiyin ağrısı aşağıdakı səbəblərin bir və ya bir neçəsində qaynaqlana bilər: həddindən artıq aktivlikdən uzaq qaynaqlanan gərginliklər, həddindən artıq istifadədən qaynaqlanan tendonit, çiyin oynağı olan problem, çıxıq, körpücük və ya üst qol sümüyü çatları, donmuş çiyin, sinir sıxışması (radikülopati).


Tarix: 08.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Saglamliq