beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Enerji artıran bəzi tövsiyyələr

Günə enerjili başlayırsınız, lakin günortadan sonra ruh düşkünlüyü, tənbəllik başlayır? Onda bəzi məsləhətləri oxuyun və bütün gün ərzində enerjili olun.
Səhər yuxudan durandan sonra ilk iş olaraq havaya çıxmaq lazımdır.

1. Hər gün 40 qr buğda, qarğıdalı qəbul etməlisiniz. Çünki onlar enerjini artırmaqla bərabər stressi də azaldır.
2. Səhər isti su ilə duş alandan sonra bir dəfə də soyuq su ilə yuyunun. Amma başınızı soyuq suya salmamağa çalışın. 5-6 dəqiqə bunu etsəniz özünüzü daha gümrah hiss edəcəksiniz.
3. Aparılan araşdırmalara görə, hər 4 qadından birində dəmir əksikliyi var. Bu da yorğunluq və halsızlıq yaradır. Bunun üçün də tərkibində daha çox dəmir olan meyvə, tərəvəz yeyin.
4. Bol-bol balıq, toyuq, pendir, yumurta qəbul etməyə çalışın. Çünki onlarda olan "Omega-3" orqanizmin gümrahlığı üçün önəmlidir. Bundan əlavə balıq bədəndə seratonin hormonunu artırır ki, bu da xoşbəxtlik mərkəzini fəallaşdırır.
5. Gündə 2-3 litr su için. Su dözümlülüyü artırır, stressi azaldır.
6. Dik durun. Əyri dayanmaq əzələlərin daha sürətlə çalışaraq, yorulmasına səbəb olur.. Nəfəs almaq çətinləşir. Dik dayananda isə oksigen rahatlıqla ağciyərlərə dolur və qan daha rahat dövr edir.
7. Araşdırmalara görə, sevdiyiniz musiqini dinləmək stressi azaldır, yorğunluqla daha asan savaşmağa kömək edir.
8. Səhər yuxudan durandan sonra ilk iş olaraq havaya çıxın. Belə ki, təbii işıq beyni hərəkətə keçirir və seratonin yaranmasına kömək edir.
9. Günorta azı 30 dəqiqə yatın. Çünki gün ərzində azı 30 dəqiqə yatmaq insanlara müsbət təsir edir, bədənin tonusunu artırır, yorğunluğu azaldır.
İşləyəndə belə ən azından gözlərinizi yumub dincəlməyə çalışın.
10. Gərəyindən artıq şirin qidalar və pendir bədəndən enerjini sorur. Buna görə də şirniyyat yerinə çalışın meyvə-tərəvəzdən bol istifadə edin.


Tarix: 08.01.2015 / 13:31 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Saglamliq