beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tər qoxusunu aradan qaldırma yolları

ərləmə hər kəsdə ola bilər. Bədənin istilik tarazlığını qoruyan bu təbii proses, tərləyən bölgələrdə meydana gələn bakteriyalar səbəbiylə təbii və xoş olmayan bir qoxu ilə müşahidə olunur. Tər qoxusunun qarşısını almağa istiqamətli ən əhəmiyyətli həll təmizlikdir. Günümüzdə müasir və praktik üsullar ilə tər qoxusu nəzarət altına alına bilir. Lazımi prosedurlardan əlavə hər gün duş qəbul etdikdə qoltuq altı bölgəsində tükləri ülgüc epilyator ya da tük tökücü kremlərlə almaq məsləhət görülür.
Duş sonrası yaxşı qurulanmış dəriyə dezodorant və ya antiperspirant tətbiq edə bilərsiniz. Bu vasitələr də öz növbəsində pis tər qoxusuna səbəb olan bakteriyaları ortadan qaldırmağa kömək edir. Lakin, dezodorant, ətir istifadəsi tamamilə bu qoxunu aradan qaldırmaya bilər. Bu baxımdan Omega Pharmanın tibbi direktoru kimi fəaliyyət göstərdiyi bildirilən həkim Handan Köksal, tərləyən bölgələrdə 7 gün ərzində tər qoxusundan xilas olmanın mümkün olduğunu bildirib. Həkim Handan Köksal, tərləyən bölgələrdə bakteriyanın meydana gəlməsinə maneə törədərək tər qoxusundan xilas olmanın mümkün olduğunu söyləyib. O, tərləməyi nəzarət altına almaq üçün Deotak-ı təklif edir. Antibakterial hesab olunan bu məhsulu, duşdan sonra uyğun bir şəkildə təmiz qoltuq altına sürtdüyündə 7 günə qədər tər qoxusunu azaltmaq olar.
Hamiləlik, yetkinlik və menopauza dövrlərində isə tərləmə artdığından və həddindən artıq tərləmə vəziyyətlərində həmin məhsuldan 3-4 gün ərzində çoxlu istifadə edilməsi məsləhət görülür.
Deotak məhsulunun hər gün duş alınsa belə təsirini itirmədiyi bildirilir. Bu baxımdan həftədə bir dəfə istifadə edilməsi belə kafi hesab olunur.
Ayaq tərləməsini və bakteriyaların gətirib çıxardığı göbələyin meydana gəlməsinə maneə törətmək üçün hər gün ayaqlarınızı yuyub barmaq araları da daxil olmaqla yaxşıca qurulamaq lazımdır. Uşaq pudrasından ayaqlarınıza masaj edərək sürtmək də faydalı hesab olunur. Corablarınızı hər gün dəyişdirin.
Ayaqqabılarınızı hər istifadədən sonra yüngül nəmli bezlə silib yaxşıca quruladın.
Tərləməyi azaltmaq üçün pambıqlı paltarlar və pambıqlı alt paltarları seçim etmənizdə fayda vardır.


Tarix: 08.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Saglamliq