beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəzinti zökəmə qarşı

Çikaqolu bir sıra mütəxəssislərin soyuqdəymənin ilk əlamətləri ilə mübarizədə öz mübarizə metodlarını təklif etdiyi bildirilir.
Onların dediklərinə görə, insanda zökəmin əlamətləri olduqda və boğaz ağrımağa başlayanda o dəqiqə dərman içmək lazım deyil.
Belə hallarda vitaminlər, xüsusən də askorbin turşusu qəbul etmək, boğazı yaxalamaq və yüngül fiziki hərəkətlərlə bərabər mütləq təmiz hava lazımdır.
Məlumatda oda bildirilir ki, alimlər onlarla müşahidələrin nəticələrindən belə qənaətə gəliblər ki, hər gün 30 dəqiqə aramla gəzişən şəxslər, evdə oturub küçəyə çıxmayanlardan iki dəfə tez sağalırlar. Lakin, bu zaman ayaqları istidə saxlamaq, həm də bədənin tərləməsinə yol verməmək vacibdir.


Tarix: 08.01.2015 / 13:07 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq