beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaman Əsgərli

Əsgərli Zaman Şükür oğlu — ədəbiyyatşünas, tənqidçi, publisist, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsil almışdır (1970-1974).

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim kimi başlamışdır (sentyabr-oktyabr 1974). Ordu sıralannda hərbi xidməti borcunu yerinə yetirmişdir (1975).

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976-1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin2 faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası2 mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi olmuşdur (1979-2002). Hazırda orada baş elmi işçi vəzifəsində çalışır (2003-cü ildən).

Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Həmin vaxtdan Azərbaycan dövri mətbuatında ədəbi-tənqidi, elmi və publisistik yazıları vaxtaşırı dərc olunur.

Əsərləri
1.N.Vəzirovun "Müsibəti-Fəxrəddin faciəsi". Bakı: Elm, 1985, 100 s.
2.Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 1996, 432 səh. (şərikli).
3.Nəcəf bəy Vəzirov. Bakı: Şuşa, 1998, 56 səh.
4.Nağı dayı (publisistik povest). Bakı: Azərbaycan, 1998, 80 səh.
5.Əziz Mirəhmədov. Bakı: Elm, 2000, 112 səh.
6.Ədəbiyyat. Orta məktəbin X sinfi üçün dərslik. Bakı: Maarif, 2001, 328 səh. (şərikli).

Filmoqrafiya
Sübhün səfiri (film, 2012)


Tarix: 20.01.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 498 Bölmə: Şairlər və Yazıçılar