beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasağa Azərtürk

Həyatı

Hüseynov Abbasağa Azərtürk Əli oğlu 1934-cü il noyabr ayının 24-də Cəlilabadda doğulmuşdur.

Ədəbi fəaliyyətə 60-cı illərdən başlamişdır. İlk mətbu şeri 1964-cü ildə çapdan çıxmışdır.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir.

İndiki Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı. Şeir topluları oxucuların rəğbətini qazanmışdı.

Ana yurdunu, vətənini, el-obasını hədsiz məhəbbətlə sevirdi.


Tarix: 13.01.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 400 Bölmə: Şairlər və Yazıçılar