Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Azəri

Sabir Əli oğlu Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964)Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Əsərləri
4 Tərcümələri
5 Filmoqrafiya
6 İstinadlar


Həyatı

1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), "Ulduz" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993).

Yaradıcılığı

Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman çəkilir" pyesi tamaşaya qoyulmuş, onun əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. "Qorxu" povesti "Karvan" jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) dərc olunmuşdur.

Yazıçı otuza yaxın kitabın müəllifidir. Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilib.

Hazırda fərdi yaradıcılıqla məşğuldur (1993-cü ildən). Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Karqaya" povestləri (trilogiya) "Qızıl oraq" ədəbi mükafatına layiq görülmüşdür (1972). Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988).

2010-cu ilin yanvarında infarkt keçirən və ağır vəziyyətdə Neftçilər Xəstəxanasına yerləşdirilən yazıçı iki həftə sonra - yanvarın 28-də elə ordaca dünyasını dəyişib. Həkimlərin cəhdlərinə baxmayaraq, reanimasiya şəraitində saxlanan S.Azərinin həyatını xilas etmək mümkün olmayıb. Yazıçı ilk dəfə 1992-ci ildə ağır infarkt keçirmişdi[1].

Əsərləri
1. Nişan üzüyü. Bakı: Gənclik, 1969, 83 səh.
2. Yol üstündə toy. Bakı: 1970,
3. Sarı at. Bakı: 1971,
4. Kar qaya. Bakı: Gənclik, 1972, 172 səh.
5. Boz dağın nağılı. Bakı: 1977,
6. Gecə məşəl yanır. Bakı: Gənclik, 1977, 150 səh.
7. İlk təkan. Bakı: 1978,
8. Duman çəkilir. Bakı: Yazıçı, 1979, 253 səh.
9. Darıxan səhər. Bakı: 1981,
10.Ovçunun xatirələri. Bakı: Gənclik, 1981, 243 səh.
11.Ölə bilməyən adam. Bakı: 1982,
12.Dalanda. Bakı: Yazıçı, 1984, 252 səh.
13.Günəşə sarı gedəndə. Bakı: Yazıçı, 1988, 407 səh.
14.Ovçunun xatirələri. Bakı: Gənclik, 1989, 320 səh.
15.Qorxu. Bakı: 1989,
16.Sonsuzluq. Bakı: 1980-1990,
17.Mən DTK-nın təcridxanasında yatmışam. Bakı: 1994,

Tərcümələri

(rus dilindən)
Rəsul Həmzətov. Mənim Dağıstanım. Bakı: Gənclik, 1974, 345 səh.

Filmoqrafiya
Köhnə bərə (film, 1984) (Fərhad Ağamalıyevlə birgə)


Tarix: 17.01.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 670 Bölmə: Şairlər və Yazıçılar
loading...