beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elman Quliyev

Elman Hilal oğlu Quliyev

İlk adı: Elman

Soyadı: Quliyev

Doğum tarixi: 1958-ci il

Doğum yeri: Kələxan, Lerik Azərbaycan

Atası: Hilal

Vətəndaşlıq: Azərbaycan .

Peşəsi: tədqiqatçı-alim

Milliyyəti: azərbaycanlı

İxtisası: filoloq

Təhsili: ali

Əsərlərinin dili: azərbaycan dili

Janr: elmi, publisistika



Həyatı

1958-ci ildə Lerik rayonu Zuvand mahalının Kələxan kəndində anadan olmuşdur. 1991-ci ildən ADPU-da işləyir. 2004-cü ildə «M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)» mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir. 1999-cu ildə «Mirzə Uluğ bəy»)Özbəkistan) mükafatı almış, 2007-ci ildə C. Rumi – 800 (YUNESKO) müsabiqəsinin laureatı, ilk dəfə «İlin alimi»(2007, 2010) və «İlin müəllimi»(2011) müsabiqələrinin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011) və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Xüsusi Dövlət təşəkkürünə (2012) layiq görülmüşdür. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəridir. AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

E-mail: еlman.guliyev@box.az

Əsas mükafaları
«Mirzə Uluğ bəy» mükafatı
2007-ci ildə C. Rumu – 800 (YUNESKO) müsabiqəsinin laureatı.
«İlin alimi»
«İlin müəllimi» müsabiqələrinin qalibi.
«Tərəqqi» medalı.
«Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalı.
«Xüsusi Dövlət təşəkkürü».

Əsas əsərləri
«M. Şəhriyar: Gəldim sizi görməyə» (Bakı, 1992).
«S. Tahir. Lirika» (Bakı, 1992).
« M. Şəhriyar. Heydərbabaya salam» (Bakı, 2004),
«Türk xalqları ədəbiyyatı» (Bakı, 1998).
«Şərq xalqları ədəbiyyatı» (Bakı, 1998).
«Ümumi ədəbiyyatı» (Bakı, 2005).
«Qədim türk ədəbiyyatı» (Bakı, 2010).
«Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri» (Bakı, 1997).
«Seyid Məhəmmədhüseyn Şəhriyar» (Bakı, 1999).
«Müasir Özbək ədəbiyyatı tarixi» (Bakı, 1999).
«Heydərbabaya salam » necə varsa» (Bakı, 2001).
«Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003).
«Şəhriyar poeziyası və milli təkamül» (Bakı, 2004)
«Şəhriyar poetikası» (Bakı, 2006, həmmüəlliflə).
«Özbək ədəbiyyatı» (Bakı, 2009).
«Türk xalqları ədəbiyyatınınyaradıcılıq problemləri» (Bakı, 2010, həmmüəlliflərlə).
«Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2010).
«Türk xalqları ədəbiyyatı» (Bakı, 2009; 2011).
«Şərq xalqları ədəbiyyatı», 2 cilddə, (Bakı, 2011).
«Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı » (Bakı, 2012).


Tarix: 14.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 701 Bölmə: Şairlər və Yazıçılar