beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım Qasımzadə

Qasımzadə Qasım Xansuvar oğlu – şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçlar İttifaqının üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü (1991)[1]Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Yaradıcılığı
5 İstinadlar


Həyatı

Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olmuşdur. Şəki pedaqoji texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945-1950). Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olmuşdur. Ədəbi fəaliyyətə 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı ilk şeiri ilə başlamışdır. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953), baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçi (1954-1959), "Ədəbiyyat və incəsənət" qəzetinin redaktoru (1957-1963) olmuşdur. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, burada baş elmi işçi (1963-1973), sovet ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). Bakıda rayon xalq Sovetinə deputat seçilmişdir (1950). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982) və bir medala layiq görülmüşdür. 1993-cü il iyulun 28-də vəfat etmişdir.
Nəriman Qasımzadənin atasıdır.

Əsərləri
1. Bizim kənd. Bakı: Uşaqgəncnəşr, 1951, 56 səh.
2. Bizim şəhər. Bakı: Uşaqgəncnəşr, 1953, 40 səh.
3. Bizim dağlar. Bakı: Uşaqgəncnəşr, 1955, 74 səh.
4. Nikolay Ostrovski. Bakı: Uşaqgəncnəşr, 1955, 72 səh.
5. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1956, 268 səh.
6. Ürək döyüntüləri. Bakı: Azərnəşr, 1959, 156 səh.
7. Son görüş. Bakı: Uşaqgəncnəşr, 1960, 86 səh.
8. Süleyman Rəhimov. Bakı: Azərnəşr, 1960, 119 səh.
9. Kiçik dayə. Bakı: Uşaqgəncnəşr, 1962, 16 səh.
10.Nəğməli ürəklər. Bakı: Azərnəşr, 1963, 68 səh.
11.Bənövşə yarpağı. Bakı: Azərnəşr, 1964, 286 səh.
12.İsmət. Bakı: Azərnəşr, 1966, 160 səh.
13.Aşıq gördüyünü çağırır. Bakı: Gənclik, 1969, 300 səh.
14.Getdim, gördüm, düşündüm, B., 1971, 100 səh., 10.000 nüs.
15.İnsan min il yaşardı. Bakı: Azərnəşr, 1973, 366 səh.
16.Keçmə namərd körpüsündən. Bakı: Gənclik, 1975, 182 səh.
17.Dağlar buraxmır məni. Bakı: Yazıçı, 1978, 402 səh.
18.Daşdan keçən söz. Bakı: Gənclik, 1981, 206 səh.
19.Ədəbiyyatda millilik və beynəlmiləllik, B., Elm, 1982, 274 səh., 1.700 nüs.
20.Səndən ayrılalı. Bakı: Yazıçı, 1985, 299 səh.
21.Şəfa çantası (şeirlər). Bakı: Gənclik, 1986, 13 səh.
22.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1988, 336 səh.
23.Ədəbiyyatımız və mənəviyyatımız. Bakı: Yazıçı, 1988, 405 səh.

Tərcümələri

(ruscadan)
1.M.Tursunzadə. Hindistan balladası. Bakı: Usaqgəncnəşr, 1950, 44 səh.
2.M.Mirşəkər. Qızıl qışlaq. Bakı: Uşaqgəncnəşr, 1954,
3.İ.Noneşvili. Qonaq gəlin Gürcüstana. Bakı: Usaqgəncnəşr, 1962, 76 səh.
4.M.Tursunzadə. Asiyanın səsi. Bakı: Azərnəşr, 1964, 128 səh.

Yaradıcılığı

ANAMGİLDƏDİR

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
"Aləm bir yanadır, o bir yanadır".
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.


Tarix: 16.01.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Şairlər və Yazıçılar