beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piruz Dilənçi

İsmayılfiruz Əli Baratəli oğlu — şair, tərcüməçi, Siyasi xadim.Mündəricat
1 Həyatı
2 Siyasi fəaliyyəti
3 Məşhur şerləri
4 Xarici keçidlər
5 Şəkillər
6 İstinadlar


Həyatı

Piruz Dilənçi (Farsca: پيروز ديلنچی, İngiliscə: Piruz Dilenchi) 1965-ci il mayın 16-da İranda, Tehran şəhərində anadan olmuşdur. Burada "Hatif" məktəbində ibtidai təhsil almışdır. 1983-cü ildə İsfəndiyar orta məktəbini bitirmişdir. 1983-1988-ci illərdə Tehran Texnologiya İnstitutunun yol və inşaat fakültəsində təhsilini davam etdirmişdir.

Ədəbi fəaliyyətə erkən başlamışdır. 14 yaşında ikən ilk kitabı Tehranda fars dilində kütləvi tirajla buraxılmışdır. Doğulduğu şəhərdə yaşadığı illərdə 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görmüşdür.[1] İranın Keyhan və Ettelaat kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilmişdir. 17 yaşında ümumiran gəncləri arasında keçirilən ədəbi yarışda birinci yeri tutmaqla İranın nümunəvi gənci adına layiq görünmüşdür. Bir neçə il "Varlıq" jurnalı ilə əməkdaşlıq etmişdir. Ustad Məhəmmədhüseyn Şəhriyarın şagirdlərindən biri kimi tanınır.

Dahi Azərbaycan şairi ustad Şəhriyar və Piruz Dilənçi - Təbriz 1988


İran, Türkiyə və Azərbaycanda onun sözlərinə mahnılar bəstələnmişdir. Əvvəllər sol təmayüllü siyasi təşkilatların tərkibində, sonralar isə milli azadlıq uğrunda apardığı siyasi mübarizələr nəticəsində dəfələrlə totalitar molla rejimi tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalmışdır. Təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün 1990-cı ilin yanvar ayında Azərbaycanına pənah gətirmişdir. O vaxtkı Sovet Azərbaycanında yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd Araz və Nəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan DTK, nəhayət ki, 1991-ci ildə onu "vətəndaşlığı olmayan şəxs" kimi Azərbaycanda qeydiyyata almışdır. Burada "Ədəbiyyat və incəsənət" qəzetində əməkdaşlıq etmiş, orada bir ilə yaxın "Ədəbi Təbriz" səhifəsi hazırlayıb buraxdırmışdır. Eyni ildə Azərbaycan Yazıçılar Birliyinin üzvu qəbul edilmi.dir. Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olaraq o, tarixdə ilk dəfə Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyasını yaratmış, dünya siyasəti arenasına çıxarmışdır. Bu ideya həmin dönəmin görkəmli siyasi xadimlərinin, o cümılədən Əbülfəz Elçibəy tərəfindən də dəstəklənərək daha da geniş yayılmışdır. Cənubi Azərbaycanın istiqlalı və İran tərkibindən ayrılması ideyası ilk dəfə olaraq Piruz Dilənçi tərəfindən meydana çıxsa da, uzun illər Azərbaycana rəhbərlik etmiş [Heydər Əliyev] kimi dahi siyasətçi tərəfindən də bəyənilmişdir. Belə ki, Heydər Əliyev Piruz Dilənçi ilə tanışlıqdan sonra, çıxışlarının birində "Mən İran deyəndə Cənubi Azərbaycanı nəzərdə tuturam" -demişdir. Cənubi Azərbaycanın istiqlalı ideyası üzərində artıq bugün İranın daxilində və xarici ölkələrdə bir çox siyasi partiya və təşkilatlar fəaliyyət göstərməkdədir. 2004-cü ildən etibarən isə, [Birləşmiş Millətlər Təşkilatı] da bu ideyanı millətin həqiqətə uyğun tələbi kimi rəsmiyyətə tanımaqdadır.

4 il ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Araz-Cənub ədəbiyyatı toplusu" və "Şəhriyar-Cənub ədəbiyyatı toplusu" adlı silsilə verilişlərin təşkilatçısı və aparıcısı olmuşdur. Onun şeir kitabları ilə yanaşı, dilçiliyə aid əsərləri də nəşr edilmişdir. Nəbi Xəzrinin seçilmiş əsərləri fars dilində onun tərcüməsi ilə Tehranda çap olunmuşdur.

Siyasi fəaliyyəti

Heydər Əliyev və Piruz Dilənçi

Piruz Dilənçi ədəbi yaradıcılığı ilə bərabər milli-siyasi hərəkatda da fəaal iştirak etmişdir. Bünövrəsi 1991-ci ildə qoyulmuş CAMAH-ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik etmişdir. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P.Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsini sədri təyin edilmişdir.[2] [3] [4]

Piruz Dilənçi 2000-ci ildə 3.000-ə yaxın imza toplayaraq, Azərbaycan Respubliksı Milli Məclicinin növbəti seçkilərində iştirak etmək məqsədi ilə namzədliyini irəli sürmüşdür. Lazımi sənədlərin təqdimindən sonra, onun namzədliyi rəsmən qeydə alınmışdır. Lakin seçkilərə bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyası ciddi əsas göstərmədən onun namizədliyini ləğv etmişdir.

2002-ci il dekabr ayının 5-də Piruz Dilənçi bir qrup naməlum şəxs tərəfindən yaşadığı mənzilin qarşısından oğurlanmışdır. 21 gün məxfi saxlanıldıqdan sonra, mətbuatın təzyiqi nəticəsində, nəhayət ki, Daxili İşlər Nazirinin mətbuat katibi məcbur olaraq Piruz Dilənçinin həbsi ilə bağlı açıqlama vermişdir. Piruz Dilənçi bir həftə yeraltı və soyuq kamerada ağır fiziki və ruhi işgəncə altında saxlanıldıqdan sonra, Şüvəlanda yerləşən təcridxanaya göndərilmişdir. 38 gün həbsdə saxlanıldıqdan sonra, səbəbsiz tutuluğu kimi, səbəbsiz də ev dustağı şəraitində nəzarətdə saxlanılmaq şərti ilə azadlığa buraxılmışdır.[5] Üç aydan sonra isə ev dustaqlığından da azad edilmişdir.

Hazırda Kanadanın Vankuver şəhərində yaşayır. Göstərdiyi siyasi və ədəbi fəaliyyətlərinə görə, onun ad günü münasibəti ilə 2008-ci ilin may ayında, Kanada dövləti tərəfindən P.Dilənçiyə və ailə üzvlərinə Kanada vətəndaşlığı verilmişdir.[6] [7] [8] Daha sonra Kanadanın dövlət başçısı Stiven Harper özəl bir məktubla Piruz Dilənçini təbrik etmişdir. [9]

Məşhur şerləri

Vikimənbədə Piruz Dilənçi
mövzusuna dair mətn var.
Qardaş vay!
Kaş bir az dünyaya sən tez gələydin
Son görüş
Müşavirə
Qızlar!
Darıxma!


Tarix: 17.01.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Şairlər və Yazıçılar