beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Hümmət

Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi.

Həyatı

Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1982-ci ildə doğma kəndində orta məktəbi, 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən etibarən bir müddət "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.

Yaradıcılığı

Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla gənc vaxtlarından – ötən əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən "Salam, dünyanın yiyəsi..." adlı şeirlər kitabının müəllifidir. Onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi 548 səhifəlik "Ədəbi Gürcüstan" almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Yüzədək kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı" və "Hekayələr və nağıllar" toplusu iki dildə - gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında nəşr olunmuşdur.

Bədii tərcümə ilə də məşğul olan Rafiq Hümmət çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirərək nəşr etdirib. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Rafiq Hümmətin xüsusi xidməti vardır.

Ailəlidir, iki övladı var.


Tarix: 17.01.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Şairlər və Yazıçılar