beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mərzili

Məmmədov Sultan İsgəndər oğlu (Sultan Mərzili) (d.1 iyul, 1948) - şair, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Kitabları
4 İstinadlar


Həyatı

Sultan Mərzili 1948-ci il iyulun 1-də Dağlıq Qarabağda anadan olmuşdur. Söy kökü Ağdamın Mərzili kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ADU-nun fizika fakültəsində təhsil almışdır. Təyinatla Dağlıq Qarabağın Əmiranlar kəndinin səkkizillik məktəbində dərs hissə müdiri işləmişdir. Sonra Qaradağlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi, Sumqayıt şəhərində 4 saylı orta məktəbdə müəllim, Moskvada sənaye sahələrində qaynaq texnologiyası laboratoriyasında mühəndis, SSRİ Dövlət Təchizat İdarəsində usta, tikinti idarəsində usta,təhlükəsizlik texnikası üzrə mühəndis, polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı olmuşdur.

Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır.

Yaradıcılığı

Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq içində" (2009) kitabının müəllifidir. Yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanını rus dilindən tərcümə etmişdir.

Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır.

Şeirləri Azərbaycan və rus dillərində çap olunmuşdur.

Kitabları
"Dünya bir pəncərədir", "Yazıçı"-1984
"Bir addımlıq ömür..." (2006)
"Bəyaz vərəq içində" (2009)


Tarix: 19.01.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Şairlər və Yazıçılar