Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəfiq Zəka Xəndan

Rəfiq Zəka Cəfər oğlu Xəndan (1939-1999) - Şair. Mahnı mətnlərinin müəllifi. Ssenari müəllifi.Mündəricat
1 Həyatı
2 Kitabları
3 Yaradıcılığı
4 Filmoqrafiya
5 Həmçinin bax


Həyatı

Rəfiq Zəka Cəfər oğlu Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan "Çağlayan" 1962-ci ildə nəşr olunmuşdur. "Axırı yaxşı olar" (1968), "Mənim əziz vəhşiciyim" (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olmuşdur. 1987-ci ildə Respublika Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür. Şair həmçinin Azərbaycan Dövlət Mükafatı laureatı olmuşdur. Rəfiq Zəka Xəndan keçən əsrin 80-90-cı illərində Azərbaycan Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdır. Şair demək olar ki, Azərbaycan Türkiyə ədəbi əlaqələrinin özülünü qoyanlardan olmuşdur. Həmin illərdə şair Türkiyə mətbuatı səhifələrində Azərbaycan ədəbiyyatını geniş işıqlandırırdı. O, "SIZE", "Tanıtım" kimi məşhur türk jurnallarında Azərbaycan şair və yazıçıları haqqında yazılar dərc etmişdir. Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.

Şair heca və əruz vəznlərində əsərlər yaratmışdır. Əsərlərinin əsas mövzuları Türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd nəsihət kimi mövzulardır.

Kitabları
Çağlayan (1962) (Kitabdakı şerlərin böyük qismi və "Səni düşünürəm" poeması çox sevdiyi şair Mikayıl Müşfiqə həsr olunmuşdur).
Şerlər (1964)
Səadət (1964)
Vətən kimlərindir (1964)
Meşədə (1964)
Altı gül (1965)
Nərmin (1970)
Vəsilə (1976)
Baharın heykəli(1976)
Könlümün yadigarı (1974)
Əbədi saniyə (1969)
Tanışlıq (1975)
Nur səhəri (1979)
Güllü nənə (1979)
Ömür bitər, yol bitməz (1983)
Axıb gedən günlərimiz (1984)
Yurdum ulusum (1987)
Qəhrəman Mehdi (1987)
Gül balalar (1987)
Salam olsun (1987)
Dostlar sağ olsun (1988)
Azərbaycanın səsi (1989)
Ocaqdaşlarım (1990)
Qızqayıt (1991)
Seçilmiş əsərləri (1992)
Atatürkiyə (1993)
Heydər baba (1993)
Dünyanın yarısı türkdür (1994)
Unudulmuş dahi (1994)

Yaradıcılığı

Ürəkdən Candan

Azmi tufanlara üz çevirdiyim,
Quduz dalgalara göyüs gerdiyim,
Şer dünyasina könül verdiyim
Dünyani duydugum andandir menim.

Gözellik önünde ruhum oynayib,
Parlaq incilerden gözüm doymayib,
Ulu ustadlara qanim qaynayib,
Onlara uymağim qandandir menim.

Yerim yer üzünde qürbet olanda,
Bezmeyin söhbetim qeybet olanda,
Neyleyim,yurduma hesret olanda,
Kainat başima zindandir menim.

Menim gizlilik yox tebietimde,
Açiqdir kinim de,mehebbetim de,
Ürek xiffetim de,can möhnetim de,
Ürekdendir menim,candandir menim!

Varmi menim qeder olan bağri dağ,
Bağrimin başinda bitmez ağri, dağ,
Ulduzum Ağridağ,Ayim Ağridağ,
Amansiz dumanim ondandir menim.

Qartallar ucalan yerde tülkü yox,
Sazimda,sözümde yasaq türkü yox,
Könlümde,gözümde qorxu-ürkü yox,
Çünkü ulu babam Vandandir menim!

Olmaz yalan tarix,nes il şöhretim,
Ulu Oğuzxandir nesil şöhretim,
Uluslar bilir ki,esil şöhretim
Şerefdendir menim,şandandir menim!

Özgürlük özledim men ömrüm boyu,
Aradim havani,torpağı suyu,
Köküm Türk köküdür,soyum Xan soyu,
Adım Refiq Zeka Xandandır menim

Filmoqrafiya
Dəli Kür (film, 1969)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Axtaran tapar (film, 1980)


Tarix: 17.01.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 789 Bölmə: Şairlər və Yazıçılar
loading...