Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Babanlı

Babanlı Vidadi Yusif oğlu – nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986)Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Tərcümələri
4 Haqqında olan ədəbiyyat
5 Filmoqrafiya
6 Həmçinin bax


Həyatı

Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.

Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən).

1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Əsərləri
1. Gəlin. Bakı: Uşaqgəncnəşr, 1954, 171 səh.
2. Tanışlarım və dostlarım. Bakı: Uşaqgəncnəşr, 1961, 120 səh.
3. Ayazlıgecələr. Bakı: Azərnəşr, 1961, 420 səh.
4. Həyat bizi sınayır. Bakı: Azərnəşr, 1964, 420 səh.
5. Gəlin. Bakı: Azərnəşr, 1967, 171 səh.
6. Vicdan susanda (I kitab). Bakı: Azərnəşr, 1970, 323 səh.
7. Vicdan susanda (II kitab). Bakı: Azərnəşr, 1976, 231 səh.
8. Vicdan susanda (I-II kitab). Bakı: Yazıçı, 1978, 510 səh.
9. Həyat bizi sınayır. Bakı: Gənclik, 1979, 380 səh.
10.Vicdan susanda (təkrar nəşr). Bakı: Yazıçı, 1982, 510 səh.
11.Müqəddəs ocaq. Bakı: Gənclik, 1983, 329 səh.
12.İnsaf nənə. Bakı: Yazıçı, 1985, 390 səh.
13.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987, 475 səh.
14.Ömürlük cəza (I kitab). Bakı: Gənclik, 1990, 208 səh.
15.Vicdan susanda. Bakı: Yazıçı, 1990, 528 səh.
16.Hoydu dəlilərim, hoydu. Bakı: Gənclik, 1993, 78 səh.
17.Ana intiqamı. Bakı: Yazıçı, 1994,
18.Ömürlük cəza. Bakı: "Boz oğuz" nəşriyyatı, 1998, 329 səh.
19.Kişilik haqqında himn (şeirlər). Bakı: "Xəzər Universiteti" nəşriyyatı, 2002, 218 səh.
20.Ömürlük əzab (I-II kitab). Bakı: Pedaqogika, 2003, 318 səh.

Tərcümələri

(ruscadan)
1.Valentin Rasputin. Mariyaya pul lazım idi. Bakı: Yazıçı, 1979, 146 səh.
2.Valentin Rasputin. Sonuncu möhlət. Bakı: Yazıçı, 1988, 382 səh.

Haqqında olan ədəbiyyat
1.N.Cəfərov. Vidadi Babanlı, yaxud sığmayan vicdanın səsi. (Vidadi Babanlı – 75). "Azərbaycan", 2002, N5, s.82-83.
2.Həmid. "Kişilik haqqında himn": Vidadi Babanlı kişiliyin çağırışını qələmə alıb. "Şərq", 2002, 8 oktyabr.
3.V.Yusifli. Ömrün zirvəsi: (Vidadi Babanlı – 75). "Azərbaycan", 2002, N5, s.83-84.

Filmoqrafiya
Həyat bizi sınayır (film, 1972) (ssenari müəllifi – Mixail Papava ilə birlikdə)


Tarix: 19.01.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 722 Bölmə: Şairlər və Yazıçılar
loading...