Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Rüstəmxanlı

Rüstəmxanlı Sabir Xudu oğlu (d.20 may, 1946. Hamarkənd, Yardımlı) –Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkiliMündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Siyasi fəaliyyəti
4 Diaspor fəaliyyəti
5 Filmoqrafiya
6 Kitabları
7 Xarici keçidlər
8 Həmçinin bax


Həyatı

Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilmişdir. Bu sırada elmi işlə də məşğul olmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantlığını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. 1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.

Yaradıcılığı

Erkən yaşlarından məşğul olduğu ədəbi fəaliyyət 1967-ci ildən onun əsas peşəsinə çevrilmişdir. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur. "Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şer kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanlarının müəllifidir. Əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.

Siyasi fəaliyyəti

S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən olub. Həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olmuşdur.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olmuşdur. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra etmişdir.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis etmişdir, bu günə qədər partiyanın sədridir.

1995-ci ildə Mətbuat və informasiya naziri vəzifəsindən istefa vermişdir.

1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla "Şöhrət" ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyət orqanlarına etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdir.

2000-ci ildə başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə yer qazanan iki müxalifət partiyasından biri olmuşdur. 2003-cü ildə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüşdür.

2005 və 2010-cu illərdə Milli Məclisə keçirilən seçkilərdə 72 saylı Yardımlı-Masallı dairəsindən mojaritar qaydada namizədliyini irəli sürmüş və qalib gəlmişdir.

Diaspor fəaliyyəti

S.Rüstəmxanlı Azərbaycanın ən böyük diaspora təşkilat olan Dünya Azərbaycanlıları Konqresinin üzvüdür. Müxtəlif vaxtlarda konqresin Məclis sədri, İdarə Heyətinin üzvü və sədri olmuşdur. 2008 və 2011-ci illərdə Dünya Azərbaycanlıları Konqresinə keçirilən X və XI qurultaylarında həmsədr seçilmişdir.

Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.

Dünyanın otuz beşə yaxın ölkəsində Azərbaycanın taleyi ilə bağlı çıxışlar etmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışmışdır.

Filmoqrafiya
1990-cı ilin adamı (film, 1977)(qısametrajlı sənədli film)
Azərbaycan məktəbinin 60 illiyi (film, 1980)
Azərbaycana namus və sevgiylə (film, 2006)
Baba Dağ (film, 2006)
Cavad xan (film, 2009)
Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007)
Daş (film, 1977)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
Meşəyə insan gəlir (film, 1980)
Musaküçə kəndinin sakinləri (film, 1973)
Müstəqillik yollarında. Birinci film (film, 2004)
Neft Daşlarının 25 illiyi (film, 1975)
Payızın 17 anı (film, 2007)
Qayıdış (film, 1988)
Suvenir (film, 1972)
Talada ev (film, 1986)
Tikilir, amma... (film, 1973)
Uçuş xətti (film, 1987)
Zəlimxan dastanı (film, 2007)
Əsgər mahnıları

Kitabları
"Tanımaq istəsən",
"Xəbər gözləyirəm",
"Gəncə qapısı",
"Sağ ol, ana dilim!",
"Qan yaddaşı",
"Ömür kitabı",
"Zaman məndən keçir"
"Xətai yurdu",
"Göy Tanrı",
"Bütövlük həsrəti",
"Atamın ruhu",
"Ölüm zirvəsi",
"Difai fədailəri",
"Sunami",
"Əbədi Sevda",


Tarix: 19.01.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Şairlər və Yazıçılar
loading...