beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nurməmməd Ağa

Həyatı

Ağa Nurməmməd Mir Heybət oğlu Ağayev (Nurməmməd Ağa) - şair, yazıçı və publisist.

1957-ci il may ayının 2-sində Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Masallı rayonunun Oncakələ, Şatıroba kənd məktəblərində müəllimlik edib. 1989-cu ildən Boradigah qəsəbəsindəki 2 saylı orta məktəbdə pedoqoji fəaliyyətini davam etdirir. Hazırda həmin məktəbin direktorudur.

1991-ci ilin yanvarında "Qala" qəzetində şöbə müdiri təyin edilib. Şeirləri və bədii-publisistik yazıları ilə 1972-ci ildən dövri mətbuatda çıxış edir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Əsərləri

1."Boradigah"
2."Boradigahım mənim"
3."Ağa Mirtağı – Nur ocağı"
4."Anamın əlləri"


Tarix: 17.01.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Şairlər və Yazıçılar