Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülqasım Hüseynzadə

Əbülqasım Hüseynzadə - folklorçu.

Həyatı

Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış,sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir.Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır.[1]

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Thirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir.[2]

Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur.

Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir.[3]

Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir


Tarix: 14.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Şairlər və Yazıçılar
loading...