beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elmira Axundova

Axundova Elmira Hüseyn qızı — nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (III (2005-ci il) və IV çağırış (2010-cu il).

Həyatı

Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980-1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988-1991). "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).

Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən). Onun tərtib və tərcümə etdiyi "Azərbaycanın gənc nəsri" antologiyası 1984-cü ildə "Yazıçı" nəşriyyatında kütləvi tirajla buraxılmışdır. Burada gənc Azərbaycan nasirlərinin seçmə hekayələri toplanmışdır. Son illər bədii publisistika janrında məhsuldar yaradıcılığı ilə seçilir: Rus dilində "Fərmanla əfv edilmişdir..." (2000), "Poliqrafçının ölümü" (2001), "Həqiqət anı" (2003), "Əlövsət Quliyev: o tarix yaradırdı" (2003, şərikli), "Bu bizik" (2003), "Yaşamaq əyyamı" (2003) kitabları kütləvi tirajla buraxılmışdır. Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların 8-ci Ümumittifaq müşavirəsində olmuş, Azərbaycan Yazıçılar İttifaqının bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə iştirak etmişdir. Xarici və rus mətbuatında müntəzəm çıxış edir.

Fəxri adları və mükafatları

Xidmətlərinə görə H.Zərdabi adına mükafata layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif edilmişdir (2003). 2005-ci ildə Azərbaycan Milli Məclisinin üzvü seçilmişdir.

30 oktyabr 2011-ci il tarixində "İslahatçı Gənclər" İctimai Birliyi Elmira Axundovanı hər il ənənəvi olaraq təqdim etdiyi "Xəzər" Milli Mükafatının növbəti qaliblərindən biri elan etmişdir.[1]

Əsərləri
1.Реализм Джалила Мамедкулузаде и опыт русской литературы XIX века. Баку: Язычы, 1988, 150 стр.

Tərcümələri
1.Кара Намазов. Исскуство азербайджанских ашугов. Баку: Язычы, 1983, 184 стр.
2.Исмаил Шыхлы. Золотая змея (сборник рассказов). Баку: Язычы, 1984,
3.Молодая проза Азербайджана. Баку: Язычы, 1984,
4.И.Шыхлы. Огненные дороги. М.: Воениздат, 1986, 204 стр.
5.В.Бабанлы. Растревожная тишина. M.: Советский писатель, 1987, 510 стр.
6.Б.Байрамов. Караванная дорога. Баку: Язычы, 1988, 350 стр.
7.М.Сулейманов. Дни минувшие. Баку: Азернешр, 1990, 300 стр.


Tarix: 14.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 539 Bölmə: Şairlər və Yazıçılar