beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Kərim Sanılı

Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev (1878, Qazax qəzasının Çaylı-Kəsəmən kəndi-1937)- Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim.

Həyatı

Hacı Kərim Sanılı kəndli ailəsində doğulmuşdur. Mollaxanada oxumuş (1886-93), Qori Müəllimlər Seminariyasını bitirmişdir (1898). Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində (1898-1902), Gəncə şəhər rus-müsəlman məktəbində (1902-1904), Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində (1905-18) müdir işləmişdir

Yaradıcılığı

1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difahi" partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-35), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim (1933-36), Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.

Hacı Kərim Sanılı bədii yaradıcılıqla məşğul olmuş, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemaların, "Canavarlar hökuməti" mənzum satirik əsərinin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.

1937-ci ildə repressiyaya məruz qalmışdır.


Tarix: 15.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Şairlər və Yazıçılar