Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xuraman Vəfa

Xuraman Məcid qızı Vəfa — azərbaycanlı yazıçı-jurnalist, şairə.

Həyatı

Xuraman Vəfa 1959-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1966-1976-ci ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 1979-1981-ci ildə ƏMX Nazirliyinin "KTB fabrikində" böyük mühasib, 1981-1989-cu ildə M və ST Nazirliyinin 2№ CMD (PMK-12) baş mühasib vəzifəsində işləmişdir.

İki övladı var. Qızı ali təhsilli hüquqşünas, oğlu ali təhsilli iqtisadçı və hüquqşünasdır.

Fəaliyyəti

Xuraman Vəfa 1989-cu ildə CMD-dən köçürmə yolu ilə Dövlət Yanacaq Komitəsinin ATİTQİ baş mühasib, 1989-cu ildə İ.T.Q.İ-dən köçürmə yolu ilə ixtisaslı kadr kimi Azərbaycan DYK Azərqaztikinti Trestinə təftişçi-mühasib, 1990-cı ildə DYK Azərqaztikinti Trestindən köçürmə yolu ilə Təsərrüfatlararası Layihə-Mənzil Tikinti birliyinə şöbə müdiri, 1992-ci ildə T.L.M.T Birliyindən köçürmə yolu ilə Azərbaycan DYK-nın Neft məhsulları təchizatı və Topdansatış İstehsalat Birliyinə şöbə müdiri təyin olunmuş və 1997-ci ilədək həmin vəzifədə çalışmışdır. 2003-cü ildən Azərbaycan və ingilis dillərində nəşr olunan "Vəfa" ədəbi-bədii, ictimai, elmi-publisistik beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda 2004-cü ildən ER-SEL paket və anbalaj sənaye şirkətində hüquqşünas işləyir. 2005-ci ildə 55 saylı Xaçmaz Seçki Dairəsindən Azərbaycan Milli Məclisinə deputatlığa namizəd olmuşdur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Yazıları dövrü mətbuatda mütəmadi olaraq dərc olunur.

Kitabları

Altı şeir ("Sənli, sənsiz", "Soraqlı könlüm", "Sevənlər bilər", "Bir gün dönəcəksən", "Bir ömür azdır mənə", "Məhəbbət gözəl şeydir" (gürcü dilində)), bir nəsr ("Taleyimiz, yaddaşımız") kitabının, eyni zamanda yüzlərlə publisistik məqalənin müəllifidir. Türk dilində yüzdən artıq şeir yazmışdır. Sözlərinə üç yüzdən artıq mahnı bəstələnmişdir. Şeirləri, gürcü, rus, fars dillərinə tərcümə olunmuşdur.

Mükafatları

Azərbaycan maarifçiliyinin, elm və mədəniyyətin inkişafında xidmətlərinə görə Y.Məmmədəliyev adına medal və mükafatla, Simurq Milli Mükafat fondunun 2002-ci ilin uğurları müsabiqəsinin ali dərəcəli diplomu "İlin şairi", Xalq və prezident İlham Əliyev tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə "İnam" şərəf diplomu, KİVİHİRN-nin "Qızıl qələm" media mükafatı, "Məhsəti Gəncəvi", "Mikayıl Müşfiq" Azərbaycan Cümhuriyyəti IV, V-VI kitab bayramı Milli Kurturolopji mükafat diplomu, XXI əsr Azərbaycanın tanınmış ziyalıları Beynəlxalq diplomu və s. layiq görülmüşdür.


Tarix: 16.01.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Şairlər və Yazıçılar
loading...