Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmamverdi İsmayılov

İsmayılov İmamverdi İbiş oğlu — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Həyatı

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Rus və ingilis dillərini bilir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2011-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.[1]

Evlidir, 3 övladı var.


Tarix: 16.01.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Şairlər və Yazıçılar
loading...