beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Flora Xəlilzadə

Flora Xəlilzadə — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı

Flora Xəlilzadə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Hazırda "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin redaktoru vəzifəsində çalışır.

1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 14 kitabın müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatlara layiq görülüb.

Ailəlidir, 2 oğlu və 2 nəvəsi var.

Mükafatları
"Tərəqqi" medalı
Prezident mükafatçısı (2009-cu il üzrə)
Türkiyə Diyanet Vaqfının türkdilli xalqlar arasında keçirdiyi "Peyğənbərin nəthi" yarışmasında Türkiyədə aldığı Beynəlxalq mükafat
Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Həsənbəy Zərdabi mükafatı".
KİV Həmkarlar İttifaqının "Qızıl qələm", "Xan qızı Natəvan" , "Səməd Vurğun-90", "Şərəf" və "İnam" mükafatları
Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə).
Qorqud Assosiasiyasının təsis etdiyi "Məmməd Araz mükafatı"
Nabat xanım adına xeyriyyə cəmiyyətinin təsis etdiyi "Nabat xanım mükafatı"
Lider Qadınlar İctimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova mükafatı"
Yazdığı "Yolum düşə Zəngəzura" kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən 2007-ci ilin publisistik-sənədli kitabı adına layiq görülmüşdür.
2007-ci ildə Jurnalist Qadınlar Assosiasiyası tərəfindən ilin qadın jurnalisti elan olunub.
2011-ci ildə Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə Mətbuat Şurasının Ali Media Mükafatını alıb.

Kitabları
"Ruhumun ehtiyacı" ( Şeirlər )
"Bənövşə ətirli səs" ( Flora Kərimova haqqında )
"Aysel adını itirib" ( uşaq hekayələri )
"Analar" ( Publisistika )
"Bu mənim tale yolum" ( Afaq Bəşirqızı haqqında )
"Ürəyim aldatdı məni" ( Şeirlər )
"Taleyimdən keçən adamlar" ( Publisistika )
"İgidliyin son zirvəsi" ( Şəhid Cəmşid Teymurov haqqında)
"Məmməd araza məktub" ( elmi-ədəbi toplu )
"Yuxular" ( Şeirlər )
"Yolum düşə Zəngəzura" ( Tarixi, etnoqrafik, bədii nəşr )
"Dağları tərpədən fəryad" ( Yaqut Abdullayeva haqqında )
"Yazıçılar təşkilatının rəhbərləri" ( Ədəbi tədqiqatlar )
"Yazdıqlarım" ( Ədəbiyyat-əbədiyyət ) I cild


Tarix: 15.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 633 Bölmə: Şairlər və Yazıçılar