beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Malik Fərrux

İbrahimov Malik Fərrux oğlu (1948-1998) — şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983).Mündəricat
1 Həyatı
2 Həmçinin bax
3 Əsərləri
4 İstinadlar


Həyatı

Malik Fərrux 1948-ci il dekabrın 27-də Laçin şəhərində anadan olub. Şəhər orta məktəbini bitirdikdən sonra BDU-nın (Bakı Dövlət Universitetinin) jurnalistika fakultəsində təhsil alıb. (1966-1971) ədəbi fəaliyyəti tələbəlik dövründə , “Ulduz” jurnalinda çap etdirdiyi “ Qartalli Dağlar” şeiri ilə başlayib. Azərbaycan SSR Dövlət Televiziya və radio verlişləri komitəsində, televiziyanin “Elm və texnika verlişləri” redaksiyasinda redaktor, böyük redaktor olub.

О, dörd il televiziyanın “ Ekran” divar qazetinin redaktoru olub. Ömrünün sonuna qədər televiziyada çalışib. 100-ə yaxin mahnının söz yazarıdı. “Karvan” qrupunun demək olar ki, bütün repertuarinin sözləri Malik Fərruxa aiddir , “Qara gözlər”, “Sari güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağir”, “Alabəzək yuxular” və sairə. Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəsttəkarlarla çalışıb. "Qızıl Qələm" mükafatı ilə yanaşı bir çox mükafatların sahibi olub.

1998-ci il dekabrın 2-də vəfat etmişdir.

Dörd övladı 3 qızı 1 oğlu var.

Həmçinin bax
Telejurnalist Günay Malikqızının atasıdır.

Əsərləri
Pəncərədən qızlar baxar. Bakı: Gənclik, 1977, 30 səh.
Bir payız günü. Bakı: Yazıçı, 1985, 60 səh.


Tarix: 17.01.2013 / 11:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 621 Bölmə: Şairlər və Yazıçılar