beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəyanət Osmanlı

Bayramov Dəyanət Osman oğlu - şair-publisist, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Dəyanət Osmanlı 1965-ci il iyunun 15-də Gürcüstanda, Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən bir il sonra Azərbaycanda Sumqayıt Xovlu iplik fabrikində işləmişdir. Ordu sıralarında xidmət etmişdir (1983-1985). M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1986-1991). Əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. "Fəryad" qəzetində şöbə redaktoru (1990-1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992-2005) vəzifəsində çalışmışdır.

Bədii yaradıcılığa 80-ci illərdə başlamışdır. "Köhnəlir ayaq izlərim", "Yarı yolda qalan məktub", "Söhbət" adlı ilk şeirləri "Ulduz" jurnalında (1990, №4)və s. dərc olunmuşdur. Bundan sonra "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. 1992-ci ildə yaranan "2+" ədəbi cərəyanın yaradıcılarından biridir.1992-1998-ci illərədə gənc yazıçıların "Avanqard" Ədəbi Birliyini yaradaraq ona rəhbərlik etmişdir.

1996-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür . "Ağ kitab" (1997), "İlk... Və... Son..." (2009) adlı şeir kitabları və altı publisistik kitabı nəşr edilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb. 2006-cı ildən Azərbaycanda Atatürk Mərkəzinin baş redaktorudur.


Tarix: 14.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 464 Bölmə: Şairlər və Yazıçılar