Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akif Səməd

Məmmədov Akif Səməd oğlu (Akif Səməd) - şair, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Astanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çahşmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Astanbəyli kəndində torpağa tapşırılmışdır.

Əsərləri
"Qiblə yelləri" (1992),
"Uzaqlardan gəlirik" (1994),
"Adəmdən" (1995),
"Özümə yol" (1996)

Həsr olunmuş şeirlər

Mətləb Nağı
Akif Səmədin
Sısqa sular axar, doyar,
Dəli çaylar dağlar oyar.
Bir gün dünya çələng qoyar
Başına Akif Səmədin.

Alqış sevməz, ura bilməz,
Şeri qara-qura bilməz.
Mətləb Nağı dura bilməz
Döşünə Akif Səmədin.


Tarix: 13.01.2013 / 13:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Şairlər və Yazıçılar
loading...