beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pərvin Etisami

rvin Etisami (farsca: پروین اعتصامی) XX əsrin ən görkəmli İran şairlərindən biri.

Həyatı

Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.

Təbrizdə doğulmuş, qısa, lakin mənalı bir ömür yaşamış Pərvin Etisami Güney Azərbaycanın görkəmli şairələrindən sayılır. Əsərlərini fars dilində yazsa da, doğma vətəni Azərbaycana bağlı olan Pərvin xanımın İranda qadınların acınacaqlı taleyinə həsr olunmuş təsirli şeirləri var. O, həm də məşhur təmsil ustası kimi tanınır. Tənhalığa alışmış şairə ərə gedib başqa şəhərdə yaşamağa və tez-tez cəmiyyət arasına çıxmağa tab gətirmir və ərindən boşanır. 1941-ci ildə Pərvin Etisami yatalaq xəstəliyindən vəfat edir və Qum şəhərində, atasının məzarı yanında dəfn edilir. Qəbrinin üstünə "Nə gördün" rədifli qəzəli yazılmışdır.

Yaradıcılığı

***

Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?

Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?

Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,
Ey quş, burada mərəkədən qeyri nə gördün?


Tarix: 13.01.2013 / 12:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 468 Bölmə: Şairlər və Yazıçılar