beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliağa Kürçaylı

Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) - şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.Mündəricat [göstər]


Həyatı

Əliağa Kürçaylı 1928-ci il fevralın 20-də Salyan rayonu Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən çıxıb Zaqafqaziya dəmir yolu idarəsinin Salyan şöbəsində mühasib işləmişdir (1944-1946).

Bakı dəmir yolu texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan dram teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun filologiya fakültəsinə daxil olmuşdur. Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953-1955) işləyir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də vəfat etmişdir.

Əsərləri
1. Arifin bağçası. Bakı: Uşaqgəncnəşr, 1953, 16 səh.
2. Salam gələcək illər. Bakı: Azərnəşr, 1954, 112 səh.
3. Səfərə çıxıram. Bakı: Azərnəşr, 1956, 212 səh.
4. Gözəllik. Bakı: Azərnəşr, 1958, 56 səh.
5. Cavabsız məktublar. Bakı: Azərnəşr, 1960, 76 səh.
6. Nargindən əsən külək. Bakı: Uşaqgəncnəşr, 1961, S səh.
7. Şeirlər. Bakı: Azərnəşr, 1963, 90 səh.
8. Əsmər və Zəfər. Bakı: Azərnəşr, 1964, 32 səh.
9. Durnalar cənuba uçur. Bakı: Gənclik, 1967, 255 səh.
10.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1969, 488 səh.
11.Yollarda axtar məni. Bakı: Gənclik, 1970, 180 səh.
12.Həyatın dolayları. Bakı: Azərnəşr, 1973, 232 səh.
13.Dünya ovcumdadır. Bakı: Gənclik, 1976, 243 səh.
14.Bütövlük (şeirlər və poemalar). Bakı: Yazıçı, 1978, 60 səh.
15.Ülkər (şeirlər və poemalar). Bakı: Yazıçı, 1980, 23 səh.
16.Qəlbin sıxılsa əgər... (şeirlər və poemalar). Bakı: Yazıçı, 1987, 300 səh.
17.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1989, 344 səh.
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun İkinci kitabına (Bakı, 2009) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Tərcümələri

(ruscadan)
1.Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1965, 182 səh.
2.Sergey Yesenin. Qadına məktub. Bakı: Gənclik, 197(, 170 səh.
3.Aligyeri Dante. İlahi komediya. Bakı: Azərnəşr, 1973, 546 səh.
4.Sergey Yesenin. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1975, 253 səh.


Tarix: 14.01.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Şairlər və Yazıçılar