Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maqsud Hacıyev

Maqsud Hacıyev – Ədəbiyyatşünas, tərcüməçi, publisist[1].

Həyatı

Maqsud İbrahim oğlu Hacıyev 10 sentyabr 1935-ci ildə keçmiş Qonaqkənd rayonunun (indiki Quba rayonu) Gümür kəndində anadan olmuşdur. Azərbaycan EA Dilçilik İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Əmək veteranıdır. O, bir sıra beynəlxalq simpoziumlarda məruzələrlə iştirak etmişdir.İxtisasca şərqşünasdır."Tat dilinin Qonaqkənd ləhcəsi"(1971), "İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət" (İsfahan, 1973, 1974), "Beş il qonşu diyarda" (1976), "İran etüdləri" (1979), "Dörd ildə gördüklərim"(1985), "Əfqan şerində Lenin və oktyabr mövzusu" (Kabul, 1987), "Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası" ( rus və dəri dillərində, Kabul, 1988), "Əfqanıstan görüşləri" (1989), "Azərbaycan tatlarının dili" (1995)və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınmışdır.O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə etmiş, Ç.Çaplinin "Səhnə işıqları", Şərq xalqlarının həyatına dair "Məzəli əhvalatlar", əfqan xalqının nağıllarından ibarət "Çilan və şeytan" kimi tərcümə kitablarını oxuculara təqdim etmişdir."Azərbaycan Sovet Ensiklopediyası"nın 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.Maqsud Hacıyev Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, "Bilik" Maarifçilik Cəmiyyətinin Yaxın və Orta Şərq ölkələri üzrə siyasi icmalçısı, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri Filologiya doktoru, Beynəlxalq Şərqşünaslar Assosiasiyanın həqiqi üzvü, Mahir Sənətkar diplomçusu, Nailiyyət Ali Jurnalist mükafatı laueratı, Respublika Tat mədəniyyət mərkəzinin sədri, Azərbaycan Ziyalılar Universitetinin professoru, Əfqanıstan müharibəsi iştirakçısı, Əmək veteranıdır.


Tarix: 17.01.2013 / 11:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 440 Bölmə: Şairlər və Yazıçılar
loading...