beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlal Bərgüşad

Cavadov Cəlal Novruz oğlu (Cəlal Bərgüşad) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).

1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya fılmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.

1996-cı il iyulun 9-da vəfat etmişdir.

Əsərləri
Bozatın belində. Bakı: Uşaqgəncnəşr, 1958, 400 səh.
Gələcəyi yaradanlar (oçerklər). Bakı: Azərnəşr, 1961, 78 səh.
Təzə gəlin (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
Toydan sonra (hekayələr). Bakı: Azərnəşr, 1964, 128 səh.
Bozatın belində (tarixi roman). Bakı: Gənclik, 1970, 408 səh.
Dərilməmiş salxımlar (hekayələr). Bakı: Gənclik, 1974, 131 səh.
Sıyrılmış qılınc (tarixi roman). Bakı: Gənclik, 1981, 375 səh.
Şərq çiçəyi. Bakı: Gənclik, 1985, 235 səh.
Bozatın belində. Bakı: Gənclik, 1988, 430 səh.


Tarix: 14.01.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Şairlər və Yazıçılar