Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Fərhad Mirzə

Hacı Fərhad Mirzə — Çağdaş kəlam məktəbinin banisi, mütəkəllim və mütəfəkkir.

Mirzəyev Fərhad Əhmədəli oğlu (Hacı Fərhad Mirzə) 11 fevral 1950-ci ildə Bakı şəhərində dəmiryolçu ailəsində anadan olub.

Ali təhsilli inşaatçı-mühəndisdir.

Əmək fəaliyyətinə 14 yaşından başlayıb. 1989-cu ilədək Bakı şəhərində xüsusi əhəmiyyətli dövlət obyektlərinin tikintisində fəhləlikdən baş mühəndis vəzifəsinədək yüksəlib.

1974-1989-cu illərdə Sabunçu rayon Dövlət Xalq Nəzarəti Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.

1989-cu ildən 1995-ci ilədək kooperativ birliyi sahəsində fəaliyyətini davam etdirib.

1995-ci ildən indiyədək təsis etdiyi «Azərbiznes» Xeyriyyə-İstehsalat Kommersiya şirkətinin prezidentidir.

Hacı Fərhad Mirzənin rəhbərlik etdiyi şirkət yarandığı vaxtdan xeyriyyə işləriylə məşğuldur. Hazırda 300 nəfər qaçqın və kimsəsiz bu təşkilatın himayəsindədir. Hər il onlarla internat şagirdinin sünnət toyunu təşkil edən Hacı Fərhad Mirzə şəhid ailələrinə və müharibə veteranlarına mütəmadi olaraq əl tutur.

Bakıxanov qəsəbəsindəki İmam Cəfər Sadiq məscidi də onun xeyriyyə işlərindəndir.

Geniş xalq kütlələrinin yazıçı, filosof və alim kimi tanıdığı Hacı Fərhad Mirzə əsərlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə dinşünaslıq və fəlsəfə elmləri doktoru fəxri adı ilə təltif edilmiş, Beynəlxalq Ekoenergetika Akademiyasının, eləcə də Azərbaycan Tarix Qurumunun akademik üzvü seçilmişdir.

Hacı Fərhad Mirzə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, eyni zamanda Türkiyə və Rusiya Yazarlar Birliklərinin üzvüdür.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru və akademik üzvüdür. Həmin Akademiyanın Beynəlxalq "Qızıl Ulduz" medalı və "Dünya mədəniyyətinə xidmət" Beynəlxalq mükafatı ilə təltif olunaraq 2008-ci ildə İlin Mədəniyyət Adamı seçilmişdir.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Şərəf ordeni" və "A.S.Puşkin" Qızıl medalı ilə təltif olunmuşdur.

Avropa Təbiət Elmləri Akademiyasının Akademikidir.

2009-cu ildə KIBATEK "Türk Kültürünə Xidmət" Beynəlxalq Mükafatı ilə təltif olunmuşdur.


Tarix: 15.01.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Şairlər və Yazıçılar
loading...