Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat vəzin adenoma və xərçəngi

Prostat vəzin adenoması prostat vəzin xoşxassəli şişi olub, 50 yaşdan yuxarı kişilərdə rast gəlinir. Əlamətləri bunlardır: qalıq sidik simptomu (sidiyə getdikdən sonra sidik kisənin tam boşalmaması hissi),potensiyanın pozulması, lakin əlamətləri nəzərə çarpacaq dərəcədə olduqda belə uroloqun konsultasiyasında olmaq lazımdır.

Əgər müayinə zamanı prostat vəzin adenoması aşkarlanıbsa, bu halda böyük ehtimalla tez bir zamanda cərrahi müdaxiləyə ehtiyac olur. Bugünkü gün əməliyyatın aşağıdakı növləri tətbiq olunur:

- TUR- sidik-cinsiyyət kanalı vasitəsilə prostat vəzin götürülməsi

- Lazer terapiyası (lazerlə götürülmə)

- Krioterapiya (soyuqla götürülmə)

- Endoskopik müalicə

Yuxarıda qeyd edilən demək olar ki, bütün əməliyyat növlərində potensiya saxlanılır.


Prostat vəzin xərçəngi

Əgər müayinə zamanı prostat vəzin xərçəngi aşkarlanıbsa (karsinoma) qorxuya düşmək lazım deyil. Statistikaya görə, erkən aşkarlanmış karsinoma 90% hallarda müalicəyə tam tabe olur və hətta potensiya da normada saxlanılmış olur.



Müalicə:


Total rezeksiya: prostat vəzin toxum ciyəsi ilə birlikdə boşluqlu və ya endoskopik yolla aradan götürülməsi.


Göstəriş: Т 1-2 б N mərhələsi


Şüa terapiyası: radikal əməliyyata əks-göstəriş zamanı alternativ metod hesab olunur.


Aşağıdakı növləri var:


- dəri vasitəsilə şüalanma

- kombinə olunmuş şüalanma: dəri və anal yol vasitəsilə

- braxioterapiya

Braxioterapiya: yod-125 tərkibli SEEDS implantatlar vasitəsilə şüalanma. Prosedura zamanı prostat vəzin ölçüsündən asılı olaraq 50 SEEDS-ə qədər implant yerləşdirilir və onun vasitəsilə Yod-125-lə radioaktiv şüalanma aparılır. Bu metod lokal şüalanmanın 160-200 Gy-ə çatmasına imkan verir.


Göstəriş: T 1c- T3b N0 M0 mərhələ.


Prostat vəzin xərçənginin az invaziv metodlarla müalicəsi:


- kriocərrahiyyə: soyuqla müalicə

- yüksək temperatur əldə edilərək ultrasəs dalğaları ilə şiş toxumasının məhv edilməsi. (HİFU)

- radiotezlikli terapiya


Konservativ terapiya:


- hormonal terapiya

- kimyəvi terapiya

Həmçinin bax: ağciyər xərçəngi, süd vəzi xərçəngi, düz bağırsaq xərçəngi,qaraciyər xərçəngi,yoğun bağırsaq xərçəngi, dil xərçəngi,


Tarix: 24.12.2014 / 16:54 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Xərçəng
loading...