Adenokarsinoma üçün orta yaş həddi 55-dir, xəstəlik kişilərdə qadınlara nisbətdə 2 dəfə çox rast gəlinir, lakin ahıl dövrdə şəkərli diabet xəstəliyi də varsa, qadınlar da xəstəliyə tutula bilir. Klinik simptomları bədən kütləsinin itirilməsi və qarında ağrıların olmasıdır. Mədəaltı vəzin xərçəngi çox vaxt vəzin başında lokalizasiya olunaraq obturasion sarılığa gətirib çıxara bilər. Bundan başqa, dalaq venalarının obturasiyası, mədə və qida borusu venalarının genişlənməsi və mədə-bağırsaq qanaxmalarına gətirib çıxara bilər. 90% hallarda diaqnoz şiş regionar limfa düyünlərinə, qaraciyər və ağciyərə metastaz verdikdən sonra təsdiqlənir.
Diaqnoz: USM, KT, PET-KT, endoskopik retroqrad pankreotoqrafiya, dəri vasitəsilə punksion biopsiya, qanın biokimyəvi analizi, qanda onkomarkerlərin təyininə əsasın qoyulur, bəzən isə diaqnostika məqsədilə laparotomiya aparılır.
mədəaltı vəzin xəstəliyiMüalicə: kimyəvi terapiya, cərrahi yolla və radioterapiya vasitəsilə aparılır.
Sistadenokarsinoma: bu mədəaltı vəzin nadir şişlərindən olub, qarnın yuxarı hissəsində yerləşir və palpasiya zamanı hiss edilərək ağrı verir. Xəstəliyin gedişi adenokarsinomaya nisbətən daha az aqressivdir, proqnoz da adenokarsinomaya nisbətən daha yaxşıdır.
Endokrin şişlər aşağıdakılara bölünür:
1. Hormonal aktiv olmayan şişlər (öd yollarının və ya 12 barmaq bağırsağın obturasiyasına səbəb olur, mədə-bağırsaq traktında qanaxmalar baş verir)
2. Hormonal aktiv şişlər: insulin (insulinoma), qastrin (qastrinoma), qlükaqon (qlükaqonoma) və s. kimi hormonların hipersekresiyası ilə müşahidə olunur.
İnsulinoma
Bu şiş insulinin hipersekresiya ilə xarakterizə olunan şişdir. Baş ağrıları, huşun aydın olmaması, görmənin pozulması, əzələ zəifliyi, iflic, ataksiya kimi əlamətlərlə xarakterizə olunur.
Diaqnoz: testlə və USM vasitəsilə qoyulur. Müalicə simptomatik və cərrahi yolladır.
Qastrinoma və ya Zolinger-Ellison sindromu
Bu xəstəlik nəzərə çarpan hiperqastrinemiya, mədə şirəsinin hipersekresiyası və peptik xoraların yaranması ilə xarakterizə olunur. Əksər xəstələrdə şişlər çoxsaylı olub, onların demək olar ki, yarısı bədxassəlidir. Törəmələrin diametri 1sm-ə qədər olur. On iki barmaq bağırsağın soğanaq hissəsində yerləşən aqressiv xoralı diatez nəticəsində perforasiya, qanaxma və keçməməzlik yaranır. 30% hallarda ilk simptom ishal ola bilər. Diaqnozun təsdiqlənməsində qanda qastrinin miqdarının təyini, arterioaqrafiya, süni surətdə düzəldilmiş testlər əsas rol oynayır.
Müalicə simptomatikdir, əgər bu müalicə effekt vermirsə, bu zaman total qastroektomiya aparılır.
mədəaltı vəzin şişləri
Vipoma və ya Verner-Morrison sinndromu
Bu xəstəlik şiddətli sulu ishal, hipokaliemiya və dehidratasiya ilə xarakterizə olunur. Xəstələr bundan başqa, əzələ ağrısı, yuxululuq, ürəkbulanma, qusma, qarında ağrılardan şikayət edirlər. Cərrahi əməliyyat 50 % hallarda tam müalicəyə gətirib çıxarır.
Qlükoqonoma
50-60 yaşarası qadınların 80%-də rast gəlinən bir xəstəlik olub, bədən kütləsinin itirilməsi, anemiya və ətraflarda xroniki səpgilərlə xarakterizə olunur. Diaqnoz qanda immunoreaktiv qlükaqonun səviyyəsinin artmasına əsasən və laparatomiya vasitəsilə qoyulur. Müalicə isə kimyəvi terapiya və cərrahi əməliyyatdan ibarətdir.
Tarix: 24.12.2014 / 16:17 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Xərçəng