Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağciyər xərçəngi

Ağciyər xərçəngi 40 yaşdan sonra kişi və qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Xərçəngi yaradan səbəblərdən ilk olaraq siqaret, radiasiya, zərərli peşələri (nikel, asbest və arsen preparatları ilə əlaqədə olan) göstərmək olar. İlk əlamətlərindən biri öskürək olub, bəzən qanla birgə aşkarlanır. Döş qəfəsində ağrılar və tez-tez baş verən soyuqlama halları xərçəngin ilk əlamətləri ola bilər.

Diaqnostikada əsas üsullardan biri bəlğəmin sitoloji müayinəsi, bronxoskopiya vasitəsilə şişdən biopsiyanın götürülməsi, ağciyərlərin rentgeni və KT-dir. Metastazlar adətən, yaxın yerləşən limfa düyünlərinə olur. Gecikmiş mərhələlərdə isə metastaz daha uzaqda yerləşən orqan və toxumalara, körpücükaltı limfa düyünlərinə, sümük, qaraciyər, baş beynə yayılmış olur. Müalicə isə mərhələdən və xərçəngin növündən asılıdır. Erkən mərhələlərdə cərrahi əməliyyat göstərişdir. Əgər prosesin yayılması nəticəsində cərrahi əməliyyat aparıla bilmirsə o zaman radioterapiya və ya kimya terapiyası aparılır.

Məsələn İsraildə hər il 1500 nəfər ağciyər xərçənginə tutulur, onların 80% isə xırdahüceyrəli olmayan xərçəng növünə aiddir ki, onda isə ölüm ehtimalı digər onkoloji xəstəliklərdən, məsələn bağırsaq, düz bağırsaq, süd vəzi xərçəngindən daha çoxdur. Bu xəstələrə müalicə baxışı vaxt keçdikcə dəyişib. Erkən mərhələlərdə cərrahi müalicə daha effektli olduğu halda gecikmiş mərhələlərdə kimyəvi terapiyaya ehtiyac duyulur.

Müxtəlif ölkələrdə alimlər tərəfindən şişin ölçüsünü kiçildə bilən "tarseva" (erlotiniv) adlı preparat hazırlanmışdır. Bu müalicə artıq öz effektini göstərmişdir. Preparatın demək olar ki, kimyəvi terapiya kimi heç bir əlavə təsiri yoxdur, evdə peroral (ağız vasitəsilə) qəbul olunur və 2 həftədən sonra öz effektini göstərir.


Tarix: 24.12.2014 / 16:31 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Xərçəng
loading...